İsitxarə gərək öz yerində edilsin, əks halda batil olar
Mьəllif: admin1
Tarix: 22-12-2017, 20:21
İsitxarə gərək öz yerində edilsin, əks halda batil olar
İstixarə - Allah Təaladan xeyir yolu istəmək üsuludur. Bu, o zaman olmalıdır ki, insan bir məsələdə şəkkə düşər və yolları bağlanar. İnsanların bir hissəsi öz şəklərini həmişə istixarə vasitəsilə həll etməyə çalışırlar. İsitxarə gərək öz yerində edilsin, əks halda batil olar. Bəziləri istixarəni ürəklərini sakitləşdirmək üçün edərlər. İnsan əgər bir işin yaxşı və ya pis olduğunu bilirsə, gərək itixarə etməsin.

Bu məsələ evliliyə də aiddir. Bir nəfərin elçi gəlməsi və ya özünün elçi getməyi üçün istixarəyə ehtiyac olmamalıdır. Elçiliyə getmək üçün qısa bir araşdırma aparmaq kifayətdir. Ondan sonra elçi gedin və cavanları bir-biri ilə tanış edin. Ondan sonra təfəkkür edin, daha çox araşdırma aparın. Məsləhətləşin, götür-qoy edin. Bütün bu mərhələləri keçin. Əgər iki yol ayrıcında qalsanız, o zaman istixarə edin.

Məsumlarımız (ə) da istixarə ediblər. Ancaq hansı mövzularda?

Məsumlarımızın (ə) istixarə etməkdə niyyətləri Allahdan xeyir istəmək olmuşdur. Bunu başqa möminlərə də tövsiyə edirdilər. Əgər aydın olan bir məsələdirsə, orada istixarə etməyin nə zərurəti var ki?!

Evlilik mövzuları həssas olduğu üçün, səbrə ehtiyac duyar. Yəni, insan araşdırma aparmalı, məsləhətləşməlidir. İslam dini hər bir halda bizə həmişə düz yol göstərmişdir. Buyurmuşdur ki, əgər bütün bu mərhələləri keçəndən sonra bir nəticəyə gəlib çata bilməmisənsə, o zaman dəstəmaz al və iki rükət namaz qıl. Sonra 101 dəfə de:

اَستخیرُالله برحمة

Bundan sonra Allah insana düz yolu göstərəcəkdir və bəzən insanın ürəyinə həmin işin düz və ya səhv olduğunu ilham edəcəkdir. Dinimiz buyurur ki, əgər məsləhət edib bir yerə çıxmamısınızsa, bu cür istixarə edin. Sonra yenidən məsləhət üçün gedin. Bu zaman Allah sizi ziyandan qoruyar.

Nəticədə deyə bilərik ki, istixarə şəkki aradan aparmaq və ümid yaratmaq üçündür. İstixarə ona görədir ki, istixarə sahibi bilsin xeyri həmin əməli görməkdədir və ya tərk etməkdədir. Yəni, şəkkini aradan aparsın.

Əgər bir mövzu aydındırsa və onu təhqiq edərək, araşdıraraq, məsləhət görərək həll etmək olarsa, istixarəyə ehtiyac olmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930