Niyə haqq – suya, batil – köpüyə bənzədilmişdir?
Mьəllif: admin1
Tarix: 22-12-2017, 20:16
Niyə haqq – suya, batil – köpüyə bənzədilmişdir?
Quran buyurur: “(Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı.

Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər – su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir”. (“Rəd” 17).

Allah Təala göydən yağış nazil edər və suyun şəffaf damcıları yerə tökülər. Dağlardan aşağı axar, dərələrə və vadilərə daxil olar. Bu dərələrin hər biri öz tutumuna görə su götürər. Su kiçik bulaqlar şəklində axar və böyük çayları əmələ gətirər. Bu böyük çayların suyu bir gün selə çevrilər. Halbuki, bu seli əmələ gətirən su, yağış sayəsində yerə nazil olmuşdur. Bu sellər yollarının üzərində böyük daşlarla rastlaşan zaman köpüklər əmələ gətirərlər. Bu köpüklər sadəcə suyun üzərində qalar, ancaq çayın altında olan su öz hərəkətinə davam edər.

Köpüklər suya məxsus bir şey deyildir, dəmir əridilən zaman da belə, üzərində köpüklər əmələ gələr. Dəmir, mis filizləri əridilən zaman üzərində köpüklər meydana gələr. Bu köpük həmin mayenin zatına aid deyildir, sonradan əmələ gəlmişdir.

Allah haqla batili daha yaxşı başa düşmək üçün bu cür misal çəkmişdir. Suyu haqqa və köpüyü batilə bənzətmişdir. Köpüklər suyun üzərində nə qədər səs salsa da, axır-əvvəl aradan gedər və məhv olar.

Ancaq su – qalıcıdır. O zaman ki, su qaynayar və hərəkətə gələr, qarşısında olan daşların təsirindən köpüklər yaradar ki, bu köpüklər, su öz axırını tapandan sonra yox olub gedər və məhv olar. Xalis su qalıcı olar. Batilin ömrü də bu köpüklər kimi qısa və məhv olandır.


/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930