Aləmin yaradılış səbəbi və hədəfi Quranın dilindən
Mьəllif: admin1
Tarix: 18-11-2021, 22:44
Aləmin yaradılış səbəbi və hədəfi Quranın dilindən
Hər bir düşünən ağıl sahibi bilir və təsdiq edir ki, heç bir iş məqsədsiz və hədəfsiz deyil. Hər bir işin önündə məqsəd və niyyət durur.

Bu həmçinin dünyanın özünə və dünyanın işlərinə də aiddir. Qəbul edəndəki, şüusuz təbiət nizam və hesab üzrədir ağıl sahibi qəbul edir ki, bu nizamı nizama salan və idarə edən vardır.

Mütəal Allah Quranda “Hud” surəsi 7-ci ayədə yaradılışın hədəfinə işarə edərək buyurur:

“Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur.

Ayədən görünən budur ki, yer və yerdə həyatın olmasına xidmət edən 7 qat göy və göydə olanlar insanın yaşaması üçündür. Yəni bütün yer və göydə olanlar insanın xidmətindədir. İnsan var olsun və yaşasın deyə aləm xidmətdədir. (Ərşdən məqsəd Allahın hökmü)

Yaxud Bəqərə (2) –də buyurulur:

“ O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha bilə-bilə şəriklər qoşmayın!”

Yaxud – Bəqərə 29:

“ Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!”

Quran ayələrindən görünən budur ki, Allah təala hər nəvar sənin üçün, insan üçün yaratdım deyə buyurur. Aləmin yaranmasında hədəf insandır!

Bəs insanın yaranmasındakı hədəf nədir?

İnsanın yaradılışındakı hədəf düşünən bir varlıq olaraq Allahın işləri barəsində düşünməsi, Onu tanıması, şükr etməsi, Ondan istəməsi, Ona ibadət etməsidir:

“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur." (Mülk-2)

Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə. Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! (Qureyş-2-3)

“ Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz? “ (Muminin-115)



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031