“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Mьəllif: admin1
Tarix: 15-12-2022, 12:09
“Quran diri olanları qorxutmaq üçündür” ayəsində diri kimlərdir?
Allah Təala Yasin surəsinin 69 və 70-ci ayələrində buyurur:

Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır ki,

Onunla diri olanları (ağıl və bəsirət sahiblərini, qəlbi diriləri) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.

Toxunmaq istədiyimiz mətləb “diri” kəlməsidir. Diri kimlərə şamil olur? Bu ayədə, ümumiyyətlə Quranda diri kəlməsi “Həyy” ifadəsi ilə qeyd edilib. Həmçinin Quranda “həyy” kəlməsi bir neçə növ diriliyə şamil edilib:

1-Nəbati həyat (bitkilər) - Rum-19:

“Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.”

2-Heyvani həyat (yəni cismi həyat, vücud bəxş etmək, həyat vermək) – Bəqərə-28:

“Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.”

3- Fikri, qəlbi dirilik, qəlbə həyat vermək (qəlbin dirilməsi) - Ənfal-28:

“Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər”

4- İctimai həyat, ictimai dirilik (ictimai həyatın və təfəkkürün diri tutulması) – Bəqərə 179:

“Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat var. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz”.

5- Qəlbi, ruhi, mənəvi dirilik – Əraf 179:

“Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”

Yaxud Yasin surəsinin 70 ayəsi:

“Onunla (Quranla) diri olanları (ağıl və bəsirət sahiblərini, qəlbi diriləri) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun”.

Yasin surəsinin bu ayəsində "Həyy" diri olanlar kəlməsindən məqsəd qəlbin diri olması kimi təfsir edilib. Bunun da (qəlb, ağıla aid olmasının) dəlillərindən birini də 71-ci ayədəki “Görmürlərmi?” kəlməsidir, əgər gözlə yörməkdən danışılırsa diri, canlı olan hər kəs görür. Bu ayədə “görmürlərmi?” yəni görüb düşünmürlərmi deməkdir.

Bu ayədə “Həyy” (diri olmaq) kəlməsində məqsəd nəbati, heyvani, insani dirilik deyil. Əksinə ayədən məqsəd imandır. Qəlbin anlayan, qorxan olmasıdır. Çünki digər bir ayədə isə Allah Təala buyurur:

“(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.” (Bəqərə-6)

Bu ayəyə əsasən Allahdan qorxanlar, iman gətirənlər kəslər qatı kafirlər, qəlbləri tam ölmüş kəslər deyil, qəlbində, ruhunda dirilik olan kəslərdir. Allahdan qorxan da, diri olan da onlardır.





İstifadə olunmuş təfsirlər:

İsna Əşərə (Yasin-70)

Nur Təfsiri (Yasin-70)

Ətyəbul-bəyan (Yasin-70)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930