"Ayətül-kürsü"nü oxuyandan yoxsulluq və qəbir əzabı uzaq olar
Mьəllif: admin1
Tarix: 17-12-2022, 10:38
"Ayətül-kürsü"nü oxuyandan yoxsulluq və qəbir əzabı uzaq olar
İbn Abbas nəql edir ki, Həzrət Peyğəmbər (s) nə zaman “Ayətül-kürsü”nü oxuyardı, buyurardı: “Həqiqətən, "Ayətül-kürsü" ərşin altından bizə verilmiş rəhmani xəzinədir”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Vacib namazlardan sonra «Ayətül-kürsü»nü oxumağa nəzarət et, çünki peyğəmbərlər, siddiqlər və şəhidlər ona nəzarət edərdilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim müstəhəb namazlarda “Qədr” və «Ayətül-kürsü»nü oxuyarsa, Allah insanların ən fəzilətli əməllərinin qapısını onun üzünə açar”.

«Ayətül-kürsü» insanı hər bir pislikdən və bəladan qoruyar. İmam Baqir (ə) buyurur: “Hər kim "Ayətül-kürsü"nü bir dəfəyə oxuyar, Allah onu iki min pislikdən, dünya hadisələrindən və axirətin xoşagəlməz hadisələrindən uzaq edər ki, dünyanın ən asan xoşagəlməz hadisəsi yoxsulluq, axirətin xoşagəlməz hadisəsi isə qəbir əzabıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Bəqərə” surəsinin ilk dörd ayəsini, "Ayətül-kürsü"nü və ondan sonrakı iki ayəni və bu surənini son üç ayəsini oxuyarsa, can və malına heç bir pislik dəyməz. Şeytan ona yaxın olmaz və o, Quranı unutmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim "Ayətül-kürsü"nü hər vacib namazdan sonra oxuyarsa, heç bir şey onu behiştə daxil olmaqdan saxlamaz, ölümdən başqa”. Yəni, ancaq ölüm insanı bu ayələri oxumaqdan saxlaya bilər. Bu insan ölümü çatan zaman behiştlə fasiləsi olmaz.

Həzrət Peyğəmbər (s) buyurur: “Evində "Ayətül-kürsü"nü oxusan, şeytan sənə yaxın durmaz”.

İmam Sadiq (ə) buyurur: “Hər kim səcdə halında "Ayətül-kürsü"nü oxuyarsa, heç bir zaman cəhənnəm atəşinə daxil olmaz”.

İmam Baqir (ə) buyurur: “Hər kim dəstəmaz alandan sonra "Ayətül-kürsü"nü oxuyarsa, Allah ona 40 ilin ibadətini verər. Məqamını 40 dərəcə yüksəldər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Qurani-Kərimdə ən böyük ayə "Ayətül-kürsü"dür. Hər kim onu qiraət edərsə, Allah Təala mələyi ona nazil edər və ona tərəf göndərər ki, yaxşılıqlarını "Ayətül-kürsü"nü oxuduğu gündən sonra yazsın”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Hər kim miniyə minən zaman "Ayətül-kürsü"nü oxuyar və sonra deyər: “Vəğfir zunubi lə yəğfiru zunubi illa ənt”, Allah mələklərinə buyurar: “Mənim bəndəm bilir ki, günahı bağışlayan ancaq Mənəm. Siz şahid olun ki, onu bağışladım””.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman mömin «Ayətül-kürsü»nü tilavət edər və savabını qəbir əhlinə göndərər, Allah Təala onun bərəkətinə görə hər bir ölünün qəbrinə 40 nur daxil edər ki, həmin nur şərqdən qərbə qədər olar. Qəbirlərini nurlu, geniş edər və hər bir ölünün dərəcəsini artırar, «Ayətül-kürsü»nü oxuyan üçün 60 peyğəmbərin savabını kəramət edər. «Ayətül-kürsü»nün hər hərfinə görə mələk yaradar ki, onun üçün Qiyamətə qədər təsbih edər”.

Bu mübarək ayələri oxumaqdan qafil olmayaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930