Allaha dua edəndə, xeyirli olanı istəmək lazımdır
Mьəllif: admin1
Tarix: 5-12-2022, 12:15
Allaha dua edəndə, xeyirli olanı istəmək lazımdır
“Buşəhrin sakini olan Seyyid Abdullah Biladi nəql edir: “İsfahan alimlərindən biri Məkkəyə ziyarət etmək niyyəti Buşəhrə tərəf hərəkət edir. Bu yolda İngiltərə səfirliyi onların qarşısını alır və onlara çətinliklər yaradırlar. Onlara gəmiyə minmək üçün icazə vermirlər. Mənim və başqalarının etdiyi səylər fayda vermir.

Həmin alim və rəfiqləri bu hərəkətdən çox pərişan oldular və dedilər: “Bu qədər əziyyət çəkib ziyarət üçün pul yığmışıq, indi də bizi buraxmırlar”.

Şeyxi bu halda görəndə ürəyim riqqətə gəldi və məcsidimizi onların ixtiyarına verdik ki, namaz qılsınlar və minbərə çıxsınlar. O, qəbul etdi və namazdan sonra minbərə çıxdı. Minbər başında özü də, rəfiqləri də Allahı çağırdılar. Seyyidi-şühədaya təvəssül etdilər və onların nalə səsi hamını qəhərləndirdi.

Sabahısı günü geri qayıtmağı düşünən zaman səfirlik bir nəfəri onların dalınca göndərdi və dedi ki, getmək üçün icazələri vardır. Onlar sevinərək, hərəkət etdilər.

Bir neçə ay sonra dənizin kənarında pərişan halda olan bir insanı gördüm və mənə çox tanış gəldi. Başa düşdüm ki, bu həmin alimin rəfiqlərindən biridir. Ondan soruşdum ki, axı siz Məkkəyə getmişdiniz?

Dedi: “Bəli. Ancaq yolda oğrular bizim bütün malımızı oğurladılar. Ondan sonra hamı xəstəliyə tutuldu ki, bu xəstəlikdən tələf oldular. Onlardan ancaq mən sağ qalmışam ki, bu halda geri qayıda bilmişəm””.

Biladi deyir ki, bu zaman başa düşdüm ki, onların duasının qəbul olmamasındakı hikmət məhz bu imiş. Dualarında israr etdikləri üçün Allah istəklərini onlara verdi, ancaq bu yolda ziyan gördülər.

Allah Təala Quranda buyurur: “Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. (“Bəqərə” 216).

Başqa yerdə buyurur: “Və əgər Allah insanlar üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar”. (“Yunus” 11).

Ona görə də bəzən duaların təxirə düşməsinə görə məyus olmaq lazım deyildir, əksinə onda bir xeyirin olmasını qəbul etmək lazımdır”.

(Ayətullah Dəstğeybin əhvalatlarından)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031