Zəmanə İmamının (ə.f) munisi və həm söhbəti
Mьəllif: admin1
Tarix: 16-12-2017, 21:40
Zəmanə İmamının (ə.f) munisi və həm söhbəti
Hər bir zamanın höccətinin olması dinin zəruri hökümlərindəndir. Yəni hər bir zamanda Allahın yer üzündə rəhbəri, nümayəndəsi olmub və vardır. Zaman- zaman bu vəzifə peyğəmbərlərə, sonuncu rəsuldan (s) sonra isə bi vəzifə o Həzrətin (s) canişinlərinə keçdi.

Bu silsilənin olması zəruridir. Bunu həm nəqli dəlillər, həm də əqli dəlillər təsdiq edir. Ağıl hökm edir ki, ola bilməz ki, 124 min peyğəmbərin zaman-zaman müxtəlif formalarda təbliğ etdiyi, sonda axırıncı peyğəmbərin (s) xitam möhrünü vurduğu bir silsiləvi vəhy ardıcıllığı nəzarətsiz və başsız qalsın və yaxud Allahla rabitəsi olmayan sıradan birilərinin ixtiyarına verilsin. “Bu qırılmaz ip” bəşər yaranandan daima olub və qiyamətə qədər də olacaq.

İmam Rza (ə) sonuncu imamın (ə.f) qeybdə olduğu zamana işarə edərək İmamın (ə.f) tənhalığ və sıxıntılar zamanı Qurani bir şəxsin (yəni adı Quranda keçən) ona həmdəm və yoldaş olacağına işarə edib. Bu Hz. Xızırdır (ə). Allah Təala Xızıra (ə) üzun ömür əta edib. Hz. Xızırın (ə) əhvalatı Quranda Musa (ə) peyğəmbərin əhvalatında qeyd olunub (Kəhf 65-82). Bu ayələrdə adı çəkilən iki peyğəmbərin (ə) əhvalatı geniş vəsf edilib.

İmam Rza (ə) İmam Zamanın (ə.f) qebət dövründə munis və həmdərdinin Hz. Xızır (ə) olduğuna işarə edərək buyurub:

“ Hz. Xızır həyat suyundan içib, qiyamətə sur çalınana qədər yaşayacaq. O (ə) bizim yanımıza gəlir, salam verir və biz onun səsini eşidirik. Amma özünü görmürük. O (ə) nə vaxt adı çəkilsə orada hazır olar. Sizdən hər kim onun adın çəksə salam versin. O (ə) hər il həccdə olar və ərəfədə iştirak edər. Möminlərin duasına amin deyər. O (ə) qeybət dövründə bizim Qaim İmamımızın (ə) sıxıntı və çətinliklərini aradan aparar, (İmamın) qəriblik və tənhalığı onun vasıtəsi ilə aradan gedər.

(Kəmalud-din və təmamun-nimə. C-2. S- 384)



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930