Qurani-Kərimdən bir gözəl dua nümunəsi
Mьəllif: admin1
Tarix: 6-03-2022, 22:57
Qurani-Kərimdən bir gözəl dua nümunəsi
Qurani-Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

İsra surəsinin 80-cı ayəsi də bu növ ayələrdəndir:

وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا

Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla (çətinliklərdən) çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir qudrət ver!»

Ayətin təfsirində və şəni nuzulunda deyilir ki: Allah Rəsulu (s) Məkkədə idi. O Həzrətə (s) Məkkəni tərk edib Mədinəyə hicrət etmək əmri verildi. Ardıycan Allah Təala bu ayəni nazil etdi və Peyğəmbərdən (s) bu ağır işin öhdəsindən gəlmək üçün Allahda dua edib yardım istəməsini buyurdu.

Peyğəmbər (s) bu duanın, bu ayənin bərəkət və Allahın hovul və qüvvəsi ilə bu ağır və təhlükəli səfərin (hicrətin) öhdəsindən gəldi.

Ayə insana Allahın qüdrət sahibi olmasını, bütün işlərin Ona tərəf dönməsini, insanın rəbbinin köməyinə və rəhmətinə möhtac olmasını, bütün işlərin Allahın iradəsindən aslı olmasını öyrədir. Bu da töhid deməkdir.

Dünya işlərimizin yoluna düşməsi və qəlbimizdə ilahi tohidin formalaşması üçün bu kimi mübarək ayələrdən istifadə edəki, İlahi mərifətə və İlahi ültfə yetişək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930