Arzuların 2 növü: hansından yapışmaq?
Mьəllif: admin1
Tarix: 16-12-2017, 10:11
Arzuların 2 növü: hansından yapışmaq?
Arzu elə bir amildir ki, insanı hərəkət etdirməyə vadar edər. Dinimizin nəzərinə görə, arzular iki cürdür:
• sadiq (doğru, düz) arzular və
• kazib (yanlış və səhv olan) arzular.

Birinci növ arzular o arzulardır ki, insan əgər bu arzulara çatarsa, kamala çatar. İnsan bu cür arzulara çatmaq üçün xəlq olmuşdur.

İkinci növ arzular o arzulardır ki, bəzi yuxular kimi şirindir, ancaq insan elə ki, yuxudan ayılır – həmin şadlıq və sevincdən heç bir əsər qalmır.

Allah insan fitrətində elə istedadları qərar vermişdir ki, əgər onları işə salsa, özünün ən ali hədəflərinə çata bilər. Ancaq çox təəssüf ki, bəzi şeytani istək və ya nəfsani meyilləri onu bu yoldan saxlayır və insan bu ali hədəf və arzularını həyata keçirə bilmir.
Bəzən elə insanlarla rastlaşırıq ki, zamanı və tutduğu məkanı nifrin edirlər. Bu insanlara demək lazımdır ki, ey o kəslər ki, mühitin və ictimai fəsadın təsiri altına düşmüsünüz, bu bədbəxt həyatınızı davam etdirməkdən əl çəkin. Zamanı və məkanı nifrin etmək yerinə, qəti qərara gəlin ki, bu fəsad tələsindən xilas olacaqsınız və bu yolda səy göstərin.

Beləliklə, deyə bilərik ki, insanın hərəkət amili olan arzular iki cür ola bilər. Əgər biz həm dünyada və həm də axirətdə səadət əhlindən olmaq istəyiriksə, gərək kazib arzulardan, yəni bizi günaha tərəf sövq edən arzulardan uzaq duraq. Onun yerinə bizi ali hədəflərimizə çatdıran sadiq arzulara malik olmağa çalışaq. Kazib arzular üçün şərait yaradan hər bir məkandan və hər bir fasid insandan uzaq olmağa səy göstərək.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930