İraqda 2.5 milyon qaçqın evlərinə qayıtdı
Mьəllif: admin1
Tarix: 13-12-2017, 10:19
İraqda 2.5 milyon qaçqın evlərinə qayıtdı
İraq hökumətinin sözçüsü Səəd Hədisi 2.5 milyon iraqlı qaçqının 2016-ci ilin əvvəlindən etibarən öz evlərinə geri qayıtdıqlarını bildirib.

Deyerler.org Əl-Aləm-ə istinadən xəbər verir ki, Hədisi dekabrın 11-i verdiyi açıqlamasında, İraqın təhlükəsizlik qüvvələrinin işğalından azad etdiyi ərazilərin tam təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi və bölgənin minalardan təmizlənməsi istiqamətində işlərin bütün sürətilə davam etdiyini bildirib. Əsl qələbənin İraq vətəndaşlarının öz evlərinə daha tez və etibarlı şəkildə qayıtması və onlara lazım olan xidmətlərin verilməsi və infrastrukturların yenidən qurulması ilə olacağını bildirib.

İraq hökumətinin sözçüsü gələn ilin fevral ayında İraqın bərpa olunması ilə bağlı Küveytdə beynəlxalq konfransın keçiriləcəyini deyib.

Xatırladaq ki, İraqın baş naziri dekabrın 9-da İŞİD terror təşkilatına qarşı yekun qələbəni elan edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930