Şah Əbdül-Əzim kimi Allah dostu olsaz belə, öz əqidənizi daima öyrənin
Mьəllif: admin1
Tarix: 19-06-2019, 14:27
Şah Əbdül-Əzim kimi Allah dostu olsaz belə, öz əqidənizi daima öyrənin
Atalarımızın hikməti kəlami vardır: Ağıllılar öz səhvlərindən, müdriklər isə başqalarının səhvindən ibrət alarlar.

Atalar sözləri şifahi ədəbiyyata məxsus olsa da illərin “zaman süzgəcindən” keçmiş, elin “göz tərəzisində” sinaqdan keçib bizə yetişmiş dəyərli, mənəvi bir mirasdır.

Höccətul-islam Möhsün Qiraəti dərs zamanı bu xüsusda bir mövzuya toxunub. Alim dərs zamanı buyurub:

“Əbdul-Əzim imamzadə, böyük hədis alimlərindən olmasına rəğmən bir gün İmam Hadinin (ə) məzhərinə yetişir və özünün əqidə, etiqad əsaslarını yoxlatmaq məqsədi ilə İmamdan (ə) onu yoxlamasını istəyir.”

Alim davamında buyurur: “ Gənclərimi gərək bu bu böyük alim Əbdul-Əzimdən dərs alsınlar. Öz əqidə və etiqadlarını (Əhli-Beyt məktəbi əsasında) böyüklərdən, ruhani alimlərdən soruşsunlar ki, gələcəkdə onları təhdid edən xətərlərlə üzləşməsinlər.”

Qeyd edək ki, Əbdul-Əzim İmam Həsənin (ə) dördüncü nəvələrindən sayılır. Onun atasının adı Abdullah, anasının adı isə Fatimə binti Qeysdir.

O hicrı 173-i ildə Mədinədə doğulmuş, 4 İmamın zamanında yaşamış, İmam Rza (ə), İmam Cavad (ə) və İmam Hadinin (ə) məzhərində olub, onlardan (ə) hədislər nəql etmişdir.

Abbasilərin təqiblərinə məruz qalmiş, illərlə gizlənmək məcburiyyətində qalmışdır. Onun elminə, əzəmətinə, imanına işarə edərək İmam Hadi (ə) buyurub:

“ Ey Əbu Həmmad əgər yaşadığın məntəqədə qrşına dini bir çətinlik çıxsa, Əbdul Əzim ibn Abdullah Həsənidən soruş və mənim salamımı ona çatdır”

(Risalətun fi fəzli Əbdul-Əzim ə. Səh- 23)



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031