Dünyada rahat yaşamağın yolu
Mьəllif: admin1
Tarix: 10-12-2017, 21:50
Dünyada rahat yaşamağın yolu
Ustad Qiraəti buyurur: “Quranda belə bir ayə vardır: “(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün(yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).

İnsan görəsən belə yaşaya bilərmi ki, ona verilənlər və ya alınanlar həyatında bir təsir qoymasın?

Bank işçisi bir gün insanlara veriləcək pulu təhvil alar və bir gün onlara pulu verməyə vəzifələnər. Nə pulu aldığı gün sevinər və nə də insanlara verdiyi günü qəmgin olar. Çünki yaxşı bilir ki, bu pul əmanətdir və onu sahiblərinə çatdırmalıdır.

Başqa bir misal da deyə bilərik. Traktorun təkəri üçün yerin hamar olub-olmaması fərq etməz. Ancaq yüngül maşınlar üçün belə deyildir.

Balaca sərçənin də kiçik bir budağa qonması ona təsir qoyar, ancaq o zaman ki, qüvvətli bir ağacın budağına qoyar, heç bir təsiri olmaz.

İnsanlar da belədir. Sinə genişliyinin tutumuna görə kiçik şeylər ruhlarına təsir qoymaz.

İmam Hüseyn (ə) Aşura günü ona hər tərəfdən atılan minlərlə oxa baxmayaraq, qəlb hüzuru ilə Allaha namaz qılır. Halbuki, biz insanları ən kiçik hərəkət belə namazdan və qəlb hüzurundan yayındırır”.

Beləliklə, insan dünyada rahat yaşamaq, eləcə də axirətini qazanmaq üçün qəlb genişliyinə nail olmalıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031