Ailələri və evləri xarabalığa çevirən əməllər
Mьəllif: admin1
Tarix: 8-12-2017, 17:41
Ailələri və evləri xarabalığa çevirən əməllər
Hər bir kəsin yaşadığı toplum çevrə və cəmiyyət o kəs üçün böyük ailə timsalındadır. Fərdlərin baxış və dünya görüşlərinin fərqli olması qaçılmaz həqiqətir. Lakin bütün bunlarla bərabər bu vəhdəti və “ailə” öhdəliklərini qorumaq hər bir fərdin müqəddəs mənəvi borcudur. Bu öhdəliklərin meyarı isə insan fitrəti və Allah kəlamıdır.

Ailə cəmiyyətin bir parçası, cəmiyyət isə böyük bir ailədir. Allah Rəsulu (s) cəmiyyəti bir kiçik ailəyə bənzədərək bu ailənin təməllərini sarsıdan, onun xeyir bərəkətini aradan aparan, onun dağılıb, fərdlərini pərakəndə hala salan səbəblərinə işarə edib və insanları bu kimi işlərdən çəkinməyə dəvət edib. O Həzrət (s) buyurub:

Dörd şey evə daxil olsa evi xarabaya qoyar, bərəkətlə abad olmaz_ xəyanət, oğurluq, şərab, zina (iffətsizlik). (Nəhcül-fəsahət. səh-49)

Bunlar elə bir xüsusiyyətlərdir ki, hara, hansı ortama girsə oranı məhv edər.
Xəyanət fərq etməz hansı möhtəvada olsun. İstər ailədə olsun, istər cəmiyyətdə. Heç kəs öz əhatəsində xəyanət etməsin. Məsələn həkim öz peşəsində, məmur öz işində, fəhlə, usta öz sahəsində.

Oğurluq da xəyanət kimi geniş sahələri əhatə edir. Təkcə kiminsə evinə girib nəyisə oğurlamaqdan söhbət getmir. Hətta iş vaxtından tez çıxan belə oğru sayılır, yaxud dərsdə başqa işlə məşğul olan müəllim belə oğru sayılır, öv vəzifəsindən sui-istifadə edən məmur oğrudur. Yol kənarında bir gecə lampasına daş atan belə oğru və xəyanətkardır.

Şərab bütün pisliklərin açarıdır buyurub Peyğəmbərimiz (s). Onun pis nəticələrini saysaq belə bitməz. İstər mənəvi olsun, istər maddi olsun.

Zina və iffətsizlik bir cəmiyyətin ən böyük bəlasıdır. Həyasızlığın və iffətsizliyin höküm sürdüyü bir ailə və ya cəmiyyətin əsla qarşısı alınmazdır. Qadınları çılpaq, kişiləri həyasız olan bir cəmiyyətin heçnədən danışmağa haqqı yoxdur. Burada bütün insani dəyərlər ölmüşdür demək.

İnsanların yaşam tərzi, əqidə və dünya baxışları müxtəlif ola bilər. Heç kəs başqası kimi olmaq məcburiyyətində deyil. Lakin ümumi insan fitrətinin və Allah qanunlarının meyyarı əsasında mənəvi dəyərləri qorumaq hər kəsin borcudur.


Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930