İslam mədəniyyət və sivilizasiyasına yeni nəfəs verən İmam
İslam dini bu gün bizim əlimizə illərin böyük zəhməti hesabına gəlib yetişib. Tarixi incələsək görərik ki, Peyğəmbərin (s) sağ olduğu 23 il müddətində ilkin müsəlmanlar hansı əziyyətlərə qatlaşıblar. Allah Rəsulu (s) özüdə min bir əzab əziyyətlə islamı təbliğ edir, müsəlmanları qoruyur və bu çətinliklərlə bərabər yeni bir mədəniyyətin, yeni bir sivlizasiyanın əsasını qoyurdu. Bu mədəniyyət 1000 illərdir bəşəriyyəti öz isti ağuşuna alıb. İnsanlara insanlığ yolunu öyrədir.
İmam Hüseyn (ə) isə özünün və övladlarının qanı ilə bu mədəniyyəti “suvardı”, onu “qurumaq” təhlükəsindən qorudu. Peyğəmbərin və müsəlmanların min bir əziyyətlə ərsəyə gətirdiyi İslam camiəsi Əməvilərin hiyləgər və çirkin əllərinə keçdi. İmam Hüseyn (ə) öz qanı hesabına bu camiəni onların əlindən aldı. Əməvlər öz hakimiyyətləri dövründə nə qədər səhabəni və tabeinləri qətlə yetirdilər. Vicdanlı və əqidəli səhabələrin və tabeinlərin yerinə satqın və yaltaq olanları gətirir, onları məşhurlaşdırır, alim və böyük şəxsiyyət kimi xalqa sırayır, onların dilindən saxta hədislər yayırdılar. Bu günki ixtilafların da məhz səbəbkarları həmin satqınlar və Əməvi sülaləsidir. Əməvilər 100 il ərzində elə bir fitnə ağacını becərdilər ki, müsəlmanlar hələ də o ağacın meyvəsini yeyirlər. İmam Hüseyn (ə) isə o ağacın kökünü kəsdi! İmam Sadiq (ə) isə o lənətlənmiş ağacın (Əməvilər) çürük əqidəsini alt- üst etdi. İmam Sadiqin (ə) yaşadığı dövr Əməvilərlə Abbasilərin çarpışdığı, Əməvilərin süqut etdiyi dövrə təsadüf edir. Bu dövr ərzində İmam (ə) Əhli-Beyt elm tədris mərkəzinin əsasını qoydu. Hədislərdə qeyd olunur ki, İmamın (ə) 4000-ə yaxın tələbəsi olub. Təbii ki, İmamın (ə) tələbəsi olmaq kiçik bir şey deyil. İmamım (ə) hüzurundan ayrılan bu tələbələr bir alim olaraq müxtəlif bölgələrə gedir və Peyğəmbər (s) resalətini və islami bilikləri olduğu kimi müsəlmanlara çatdırırdılar. Müsəlmanlar illər ərzində Əməvilərin yalnış təbliğatının və murdar siyasətinin əsirinə çevrilmişdilər. Bu şagirdlər tələbə, alim olmaqla bərabər həmçinin ravidirlərdə. Onlardan minlərlə hədis gəlib bizə yetişib və bu hədislərin hesabına Quran təfsiri və fiqhi məsələlərdə qaranlıq məqamların üzərindən pərdələr götürülür. Həmçinin Allah Təala barəsində kəlam və əqidəvi bəhslər və diğər əqli bəhslərin də İmam Sadiqin (ə) məktəbindən bərəkət taparaq bir elm halına gəlmişdir. Bütün bunları mütaliə edərək deyə bilərik ki, İmam Sadiq (ə) özü ilə Peyğəmbər (s) arasında bir əsrlik gərgin zamandan sonra mədəni bir inqilabın və əsası, kökləri Peyğəmbər vəhyinə bağlı olan yeni bir məktəbin əsasını qoydu. Bu mədəniyyət İslam Peyğəmbəri tərəfindən əkilmiş, Hz. Əli tərəfindən qorunmuş, İmam Hüseyn qanı ilə suvarılmış, İmam Sadiq tərəfindən böyüdülüb bəhrə verən bir ağac halına gəlmişdir. Yaşar Nuriyev Oxşar xəbərlər
|