Peyğəmbərin (s) gəlişi ilə İblis (lən) qaçır
Mьəllif: admin1
Tarix: 6-12-2017, 20:51
Peyğəmbərin (s) gəlişi ilə İblis (lən) qaçır
Böyük İslam peyğəmbəri Həzrət Muhəmməd (s) Rəbiəl-əvvəl ayının 17-də Fil ilində Məkkədə dünyaya gəlmişdir. Onundoğulduğu ildə fil səhabələri Məkkəni dağıtmaq üçün ona hücum etmişdilər. Həzrətin (s) dünyaya gəlişi ilə çox sayda möcüzələr baş vermişdir ki, bəsirətli insanları Həzrətin (s) doğulmağından agah etmişdir.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “İblis yeddi səmaya qalxmışdı və xəbərləri eşidir. O zaman ki, İsa (ə) dünyaya gəlir, onu üç səmaya qadağan etmişdilər. O zaman ki, Peyğəmbər (s) dünyaya gəlir, ona bütün səmanı qadağan edirlər. Şeytanları meteor oxları ilə səmanın qapılarından qovurlar.
O zaman ki, Peyğəmbər (s) dünyaya gəlir, şeytanlar qovulur. İnsanları yer titrəməsi əhatə edir ki, dünyanın hər yerinə çatır. Kilsələr viran olur və o şey ki, Allahdan qeyrisi pərəstiş olunurdu – yerindən qopardıldı. Ulduzlar görünməyə başladı, halbuki ondan əvvəl görünmürdü. Yəhudi kahinlər ondan heyrətə gəldilər”.

Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, Həzrət (s) dünyaya gəlir, Kəbəyə qoyulan bütün bütlər üzü üstə yerə düşür. Gecə olan kimi səmadan bu nida gəlir: “Haqq gəldi və batil məhv oldu. Həqiqətən batil məhv olandır”.
Hər daş-kəsək, ağac güldü, yerdə və göydə olanlar Allaha təsbih dedilər. Şeytan qaçdı və dedi: “Ən üstün ümmət, ən yaxşı xəlq, ən əziz bəndə - Muhəmməddir (s)””.
/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031