Bu gün Allah Rəsulunun (s) və İmam Sadiqin (ə) mövlud günüdür
Mьəllif: admin1
Tarix: 6-12-2017, 11:05
Bu gün Allah Rəsulunun (s) və İmam Sadiqin (ə) mövlud günüdür
Tarixi mənbələrə əsasən rəbiul-əvvəl ayının 17-i Allah Rəsulunun (s) və İmam Sadiqin (ə) mövlud günüdür. Allah Təala Qurani Kərimdə “Biz səni aləmlrə rəhmət olaraq göndərdik” deyə buyurur Öz rəsuluna.

Peyğəmbər (s) tarixi mənbələrə əsasən Amul-fil ilinə dünyaya gəlib. Vəfat tarixi isə miladi 632-ci il qeyd olunur. 63 il ömür sürən o Həzrətin doğum tarixi hesablamalara görə m.569-cı ilə təsadüf edir.

Amul-fil ili ona görə deyilir ki, həmin il Yəmən və Həbəşistanın padışahı Əbrəhə fillərə süvar olmuş böyük bir ordu ilə Məkkəyə hücum edir. Lakin şəhəri istila etmək ona nəsib olmur. Allah Təala əbabil adlı quşlarını ağzında yanar daş olmaqla Əbrəhə qoşunun üzərinə göndərir. Bununla da Əbrəhə və quşunu hamısı həlak olur. Bu hadisə Quranda Fil surəsində qeyd edilib.

Peyğəmbər (s) Quran və hədislərə əsasən sonuncu peyğəmbərdir. Həmçinin o Həzrətin (s) gətirdiyi din isə sonuncu səmavi dindir
“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab-40).

Peyğəmbər (s) özündən sonra bəşəriyyətə böyük irs olaraq Allahın kitabını və öz sünnəsini qoyub.

Həzrəti İmam Sadiq (ə) isə imamətin 6-cı günəşidir. İmamlar Peyğəmbərin (ə) irsinin davamçıları, Allah dininin qoruyucuları, illər ərzində İslam və Quranı təhrif və yanlış təfsirdən qoruyan seçkin, muxləs bəndələrdir.

İmam Sadiq h.83-cü ildə Mədinədə dünyaya gəlib və h.148-ci ilə həmin şəhərdə vəfat edid. İmam Sadiqin (ə) yaşadığı dövür Əməvilərlə Abbasilərin çəkişdiyi vaxta təsadüf edir. Bu çəkişmələrdən və Abbasilərin “Əhli-Beytin haqqını müdafiə edirik” şüarından bəhrələnərək Əhli-Beyt (ə) elm və təfəkkür məktəbini genişlətmiş, bu xüsusda çoxlu tələbələr yetişdirmişdir. Bu günki Əhli-Beyt (ə) məktəbi demək olar ki, həmin tələbələrin elm və əsərlərindən böyük elmi bəhrələr əldə edir.

Hazırda Peyğəmbərin (s) mübarək məzarı Mədinəyi Münəvvərədə, İmam Sadiqin (ə) məzarı isə Mədinə şəhərində Bəqi qəbristanlığındadır.

Allah Təala Öz Rəsuluna (ə) və pak Əhli-Beytinə (ə) xatir İslamı və müsəlmanları izzətli etsin, yer üzünə bərəkət və əmin-amanlığ bəxş etsin.

Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930