Malınızı yersiz olaraq başqaları üçün xərcləməyin
Mьəllif: admin1
Tarix: 4-12-2017, 18:58
Malınızı yersiz olaraq başqaları üçün xərcləməyin
Əbu Muxnəf nəql edir: “Bir dəstə Əhli-Beyt (ə) davamçısı İmam Əlinin (ə) yanına gəlir və deyirlər: Ey Əmirəl-möminin! Ey kaş bu malı (beytul-malı) götürərdin və onu bu əmirlər və zadəganlar arasında bölərək, onları bizə üstün edərdin. Bu zaman işləri sahmana salar və insanlar arasında adil və bərabər bölüm edərdin”.

Əmirəl-möminin (ə) buyurur: “Vay olsun sizə! Məni vadar edirsiniz ki, qələbəni vilayətim altında olan müsəlmanlara zülm etməkdə axtarım? Xeyr, Allaha and olsun ki, əgər bu mal mənim olsaydı, aralarında mütləq bərabər bölərdim. Halbuki, bu – mal müsəlmanların malıdır”.

Sonra uzun sükut etdi və başını qaldırıb buyurdu: “Əgər sizin aranızda elə mal olar ki, onun məhv olmasından çəkinərsiniz, həqiqətən onu yersiz yerə bağışlamaq – tədbirsizlik və israfdır ki, sahibinin insanlar arasında başının ucalmasına və onun Allah yanında xar olmasına səbəb olar.

Hər kəs sərvətini əhli olmayanlara yersiz yerə xərcləyərsə, Allah onu onların təşəkküründən məhrum edər və onların sevgisi başqa şey üçün olar. Əgər onlardan kimsə qalarsa ki, ona təşəkkür edər və xeyirxahlıq edər – bu işi mütləq yaltaqlıq və yalandır”.

Beləliklə İmamın (ə) bu nurani kəlamından belə nəticəyə gəlmək olur ki, insan malını yersiz yerə başqaları üçün xərcləməməlidir. Niyyəti o olmalı deyildir ki, insanların arasında tanınsın və başıuca olsun. Belə olan halda ancaq alçaq insanları özünə yaltaqlanmağa vadar etmiş olar.

Bu insan Allah yanında ən xar və zəlil insandır. Çünki malının infaqındakı hədəfi Allah deyil, məhz insanların razılığı olmuşdur. O, Allah yanında ən simic insan hesab olunur.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930