Xilas olmaz o insanlar ki, məxluqun razılığı üçün Xaliqin qəzəbini satın almışdılar
Mьəllif: admin1
Tarix: 30-11-2017, 21:09
Xilas olmaz o insanlar ki, məxluqun razılığı üçün Xaliqin qəzəbini satın almışdılar
İmam Hüseynin (ə) nurani kəlamlarına diqqət edək.
İmam Hüseyn (ə) buyurur:
“Üç nəfərdən qeyrisinə hacətini aparma (söyləmə): dindar, comərd insana, ya da ailə əsilliyinə malik olan kəsə”.

“İki nəfər arasında baş verən davada o iki nəfərdən hansı o birisinin razılığını istəyər – behişt əhli olar”.

“Xilas olmaz o insanlar ki, məxluqun razılığı üçün Xaliqin qəzəbini satın almışdılar”.
“Qiyamət günü heç kəs amanda deyildir, məgər o kəsdən başqa ki, dünyada qəlbində Allah qorxusu var idi”.

“Həqiqətən bizim davamçılarımızın qəlbi hər bir xalis olmayandan və hiylədən pakdır”.

“Ən aciz insan o kəsdir ki, dua edə bilməz”.
“Allah qorxusundan ağlamaq cəhənnəm atəşindən nicata səbəb olar”.

“Ən çox əfv edən kəs o kəsdir ki, qüdrəti olan zaman bağışlayar”.

“O kəs ki, günah yolu ilə məqsədinə çatmaq istəyər – arzusuna gec çatar və o şeydən ki, qorxar – ona tez giriftar olar”.
“Dilinizə elə söz gətirməyin ki, sizin dəyərinizi azaltsın”.

“Hər kim səni sevər, səni tənqid edər. Hər kim səninlə düşmənçilik edər, səni tərifləyər”.

“Üzr istəməli olduğun işlərdən çəkin. Çünki mömin nə çirkin iş görər və nə üzr istəyər (həmin işə görə). Ancaq münafiq hər gün pislik edər və üzr istəməklə məşğul olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930