Təqvanın 3 mərtəbəsi
Mьəllif: admin1
Tarix: 15-10-2022, 10:08
Təqvanın 3 mərtəbəsi
Təqva, əxlaqın rəhbəri hesab olunur və ona görə də əxlaq kimi, üç hissəyə bölünür. Əxlaq ümumi, xüsusi və daha xüsusi olur. Təqva da üç hissəyə bölünür, yəni üç mərtəbəsi vardır:

1. Ümumi təqva – haramlardan çəkinmək.

2. Xüsusi təvqa – şübhəli olanlardan çəkinmək.

3. Daha xüsusi təqva – mübahlardan çəkinmək.

Əllamə Məclisinin nəzərinə görə, bu üç mərtəbədən başqa da bir mərtəbə vardır və onun adı – salikinlərin təqvasıdır. Yəni, insanın ömrünü zay etməsindən qorxmasıdır.

Baxmayaraq ki, haram iş görməsə belə, insan gərək ömrünü Allah yolunda və Onun əmrləri yolunda xərcləsin, yersiz işlərə deyil.

“Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün”. (“Ali-İmran” 102)

Təqvanın ən aşağı mərtəbəsi ümumi təqvadır ki, hər bir müsəlman ona malik ola bilər. İnsanın günahdan çəkinməsi və günahın onun gözündə alçalması, ona nifrət etməsi ümumi təqvaya gətirib çıxardar.

“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız”. (“Bəqərə” 21).

Təqvanın ikinci mərtəbəsi xüsusi təqvadır ki, bu təqva möminlərə xas olan təqvadır. Mömin çalışır ki, nəinki haramdan, əslində şübhəli olan hər bir şeydən çəkinsin.

Əgər onun halal və ya haram olduğunu bilmirsə, ondan çəkinər. “Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır”. (“Bəqərə” 194)

Təqvanın daha ali mərtbəsi – daha xüsusi bir mərtəbədir ki, müttəqinlərə məxsusdur. Bu mərtəbədə olan mömin nəinki haramdan və şübhəli olanlardan, həmçinin mübah əməllərdən də çəkinər.

Bu mərtəbə - təqvanın ən ali mərtəbələrindəndir ki, ona çatmaq heç də asan bir iş deyildir.“Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir)”. (“Bəqərə” 177).

“Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa – şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır)”. (“Ali-İmran” 76).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930