İmam Hüseynin (ə) əxlaqından bir neçə nöqtə
Mьəllif: admin1
Tarix: 24-11-2017, 16:36
İmam Hüseynin (ə) əxlaqından bir neçə nöqtə
Mömini sevindirmək

İmam Hüseyndən (ə) belə nəql olunur: “Həzrət Peyğəmbər (s) buyurdu: “Namazdan sonra ən üstün iş möminin qəlbini şad etməkdir. Əlbəttə günah işlə yox!”

Bir gün imam itlə oturub çörək yeyən qulam gördü. Səbəbini soruşdu. Qulam dedi: “Ey peyğəmbər oğlu, pərişanlığım var, istəyirəm bu iti sevindirib, qəmdən qurtaram. Dərdim budur ki, yəhudi ağamın əsarətindən qurtarmaq istəyirəm.” İmam Hüseyn (ə) qulamın ağasına iki yüz dinar verib onu azad etmək istədi. Qulamın ağası dedi: “Qulam sənə fəda olsun, bu bağı da ona bağışladım.” Sonra pulları həzrətə qaytarmaq istədi. İmam da buyurdu ki, mən də bu malı sənə bağışladım.” Ağa dedi: “Hədiyyəni qəbul etdim və onu da qulama verirəm.” Hüseyn (ə) də buyurdu ki, mən də qulamı azad edir və bu malları ona bağışlayıram.” Ağanın zövcəsi gördüyü səhnənin təsiri altında İslamı qəbul etdi və dedi: “Mən də öz mehriyyəmi ərimə bağışladım.” Zövcəsinin ardınca ağa da İslamı qəbul etdi və evini zövcəsinə bağışladı.

Bəli, bir addım atmaqla qul azad oldu, ehtiyacı ödəndi, kafir İslamı qəbul etdi, ərlə arvad arasında səmimiyyət yarandı! (“Əl-mənaqib”, 4-75)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031