İlk şəriət sahibi olan Hz. Nuha (ə) qədər hansı şəriət mövcud olub?
Mьəllif: admin1
Tarix: 23-11-2017, 23:45
İlk şəriət sahibi olan Hz. Nuha (ə) qədər hansı şəriət mövcud olub?
Qeyd edək ki, beş Ulul-əzm yəni şəriət sahibi peyğəmbər olub. Bunlar Hz. Nuh, Hz. İbrahim, Hz. Musa, Hz. İsa və Hz. Məhəmməd (s) peyğəmbərdir. Ulul-əzm peyğəmbərlər yeni şəriət sahibi olan peyğəmbərlərə deyilir. Digər peyğəmbərlər isə bu şəriətlərə tabe olub, o şəriətləri təbliğ etmişlər.

Bəs ilk şəriət sahibi Hz. Nuh peyğəmbərdirsə Hz. Adəmdən Hz. Nuha qədər zamanda hansı şəriət hakim olub?

Mərhum Əllamə Təbətəbai bu sualı və bu sualla bağlı bir neçə sualı cavablandırıb.

1-Hz. Adəmin şəriəti olubmu?

Cavab: Xeyir din və şəriət Hz. Nuhun zamanından başlayıb. Necəki bunu aşağıdakı ayə də təsdiq edir:

(Ya Peyğəmbər!) Allah Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!' – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi (Şura-13).

Bu ayənin mənası budur ki, Hz. Nuhdan qabaq heç bir şəriət hakim olmayıb. Yəni xüsusi şəri qanunlar təyin edilməyib. Camaat ümümi qanunlara əməl edirdi.

2-Bəs camaat Hz. Nuhdan qabaq hansı din və şəriət ardınca idilər?

Cavab: Hz. Adəmnin vaxtından Hz. Nuha qədər olan vaxtda insanların həyat tərzi və yaşamı çox sadə idi. İnsanlar arasında əqidədə, fikir, məzhəb ayrılığı yox idi. Həmçinin onlar arasında mühüm ixtilaf yox idi.

3- Bəs Hz. Adəm və ardıcılları hansı şəriətə əməl edirdilər?

Cavab: O zaman bir ümümi silsiləvi etiqad və ümümi əxlaqi bir toplu (qanunlar məcmusu) mövcud idi.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930