Ruzini artırar, hesabı asanlaşdırar, izzət, dövlət və kəramət verər surə
Mьəllif: admin1
Tarix: 23-11-2017, 12:22
Ruzini artırar, hesabı asanlaşdırar, izzət, dövlət və kəramət verər surə
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Qaf” surəsini oxuyar, Allah ölümün çətinliklərini onun üçün asan edər”.

İmam Baqir (ə) buyurur: “Hər kim vacib və ya müstəhəb namazlarında “Qaf” surəsini qiraət edərsə, Allah onun üçün ruzini genişləndirər, Qiyamət günü əməl dəftərini sağ əlinə verər və ondan asan hesab götürər”.

Həmçinin nəql olunur ki, o evdə “Qaf” surəsi oxunar, o evin sahibi həmişə izzətli, saədətli, dövləti və kəramətli olar. Zillətdən amanda qalar.

Bu mübarək surənin bərəkətləri:

1. Epilepsiya xəstəliyinə qarşı yaxşı təsir edər. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Qaf” surəsini yazsanız və epilepsiyası olan insanın boynuna assanız, huşa gələr”.

2. Süd verən ananın südü artar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Qaf” surəsi yazılmış yazını südü az olan ananın yanında qərar versəniz, südü artar”.

3. Ruzini artırar. Ruzinin artması niyyətilə üzü qibləyə dayanıb, “Qaf” surəsini üç dəfə oxumaq lazımdır.

4. Qorxunu aradan aparar. Qorxunun aradan getməsi üçün “Qaf” surəsini yazın və yağış suyu ilə onu yuyun. O sudan için.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930