İmam Həsənin (ə) atasının yanında dediyi ilk xütbə
Mьəllif: admin1
Tarix: 21-11-2017, 23:33
İmam Həsənin (ə) atasının yanında dediyi ilk xütbə
İmam Sadiq (ə) nəql edir: “Bir gün Əli ibn Əbitalib (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Oğlum qalx və xütbə de ki, mən sənin xütbəni eşidim”.
İmam Həsən (ə) buyurur: “Mən necə xütbə deyim və sizin üzünüzə baxım ki, sizdən həya edirəm?”.

İmam Əli (ə) ev əhlini toplayır və özü də məclisdən pünhan olur. Elə yerə gedir ki, oğlunun xütbəsini eşidə bilsin.

Bu zaman İmam Həsən (ə) ayağa qalxır və bu xütbəni deyir: “Yeganə Allaha sitayiş olsun ki, Ona bənzəri yoxdur. O, əbədidir, xilqəti olmamışdır, heç bir işə təklifi yoxdur. O Xaliqdir ki, əziyyətsiz xəlq etmişdir və yaxşılıqları üçün hədd təsəvvür olunmur. Güclüdür və əbədidir. Qəlblər heybəti qarşısında müti, ağıllar yüksək izzəti qarşısında heyran, boyunlar qüdrəti qarşısında əyilmişdir. Nə bilikli alimlərin ağlı ona çatar, nə də filosofların (Onun) işlərinin tədbirinə.

Ən bilikli məxluqu o kəsdir ki, Onu həddini və ölçüsünü vəsf edə bilməzlər. O, lətif və görəndir. Həqiqətən, Əli (ə) qapıdır ki, hər kim ondan daxil olar mömindir. Hər kəs ondan çıxar, kafirdir. Böyük Allahdan sizlər və özüm üçün bağışlanma istəyirəm”.

Bu zaman İmam Əli (ə) ayağa qalxır və İmam Həsənin (ə) gözlərinin ortasından öpür və deyir ki, o, həqiqətən də atasının və Peyğəmbərin (s) yadigarıdır”.

Allah Təala bizləri Əhli-Beyti (ə) dərk edənlərdn qərar versin!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930