Düzgün namaz
Mьəllif: admin1
Tarix: 20-11-2017, 11:45
Düzgün namaz
Həzrət Peyğəmbərin (s) səhabələrindən biri nəql edir: “Bir gün Peyğəmbərlə (s) məsciddə əyləşmişdik. Bir kişi daxil oldu və iki rükət namaz qıldı. Sonra Həzrətin (s) yanına gəlib, salam verdi.

Həzrət Peyğəmbər (s) o namaz qılan zaman ona gözucu baxırdı. Salamın cavabını alandan sonra buyurdu: “Qayıt və namaz qıl ki, namaz qılmamısan”.
Üçüncü və dördüncü dəfə də belə oldu və kişi dedi: “And olsun o kəsə ki, Kitabını sənə nazil etmişdir. Çox çalışdım, ancaq daha yaxşı qıla bilmədim. Mənə (namazı düzgün qılmağı) göstər və məni agah et”.

Həzrət (s) buyurdu: “Nə zaman namaz qılmaq istəsən, yaxşı dəstəmaz al. Sonra üzünü qibləyə tərəf çevir və təkbir de. Qiraətdən sonra rükuya get ki, rükuda aram olasan. Sonra qalx ki, düz dayanasan. Sonra səcdəyə get ki, səcdədə aram olasan. Sonra qalx.
Əgər namazını bu cür sona çatdırsan – tamamdır və o şeyi ki, bundan azaldarsan – namazından azaltmış olarsan”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim namazlarını 40 gün camaatla qılar, belə ki, bir “Təkbirətul-ehram”ı tərk etməz, onun üçün iki azadlıq bəraəti yazılar: biri nifaqdan nicat tapmaq üçün, biri də atəşdən xilas olmaq üçün”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930