Tənqidi hamı edə bilir, amma...
Mьəllif: admin1
Tarix: 7-11-2017, 20:48
Tənqidi hamı edə bilir, amma...
Bir şagird uzun illər mahir bir rəssamın yanında dərs alır və onun məharətlərini öyrənir. Bir gün rəssam öz şagirdinə deyir ki, artıq sən hər şeyi öyrənmisən və elə bir şey qalmayıb ki, sənə öyrətməyim.

Bu zaman şagirdin zehninə belə bir fikir düşür ki, bir rəsm əsəri çəksin və onu şəhərin meydanında qoysun. Yanında bir qələm də qoysun ki, hər kimin iradı olsa, həmin yerə işarə etsin.

O, belə də edir və günəş batan zaman gəlib tablonu götürür. Görür ki, bütün rəsmin üzərinə işarə vurublar. Çox narahat olur və qəmgin haldarəssamın yanına gəlir.
Rəssam ona deyir: “Belə bir tablonu yenə çəkə bilərsənmi?”. Şagirdi deyir: “Bəli”.

Şagirdi onun kimi rəsmi yenidən çəkir və rəssam bu şəkli şəhərin elə həmin meydanında qərar verir. Şəklin yanında rəngli qələmlər də qoyur və yazır: “Əgər şəklin bir yerinə irad vardırsa, bu rəngli qələmlərlə onu islah edin”.

Şagirdi günəş batan zaman gəlib tablonu götürür və görür ki, şəkil olduğu kimi qalmışdır və heç kəs ona dəyməmişdir. Çox təəccüb edir vəmüəllimindən səbəbini soruşur.
Rəssam deyir: “Bütün insanların tənqid etmək qüdrəti vardır, ancaq islah etmək cürətinə hər kəs malik deyildir”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930