BAŞQA PLANETLƏRDƏ HƏYAT VARMI?
Mьəllif: admin1
Tarix: 4-11-2017, 10:04
BAŞQA PLANETLƏRDƏ HƏYAT VARMI?
SUAL: Başqa planetlərdə canlı həyat vardırmı? Əgər yerdən kənarda həyat vardırsa, mədəniyyət də vardırmı? Yoxsa mədəniyyət yalnız yer kürəsindədir? İslam alimləri bu barədə nə deyir?

CAVAB: Varlıq aləmi o qədər geniş və əzəmətlidir ki, bu əzəmət qarşısında bütün alimlər heyrətdədirlər. Yalnız bizim qаlаktikаdа yüz əlli milyard ulduz vardır. Onların bir çoxu bizim günəşə oxşayır. Varlıq aləminin genişliyini nəzərə aldıqda, inanmaq olmur ki, həyat təkcə yer üzündədir. Hər halda, astrоloqların fikrincə, günəş sistemindəki digər planetlərdə həyat olması ehtimalı zəifdir. Hələ ki aparılan tədqiqatların nəticəsi həmin planetlərdə həyat olması fikrini təsdiqləmir. Amma bütün deyilənlər hələ ki fərziyyədir. Çünki biz günəş sisteminin digər planetlərindən birindən yerə doğru baxsaydıq, güman ki, yerdə həyat olmadığını zənn edərdik. Başqa planetdə olanlar bizim planet haqqında araşdırma aparsaydılar, öldürücü oksigenlə əhatə olunmuş yerdə həyat olmadığını düşünərdilər. Onlar haradan bilsinlər ki, insan orqanizmi həmin bu oksigenlə tənəffüs almaq üçün tənzimlənmişdir! Yerdən başqa planetlərə göndərilən stansiyalar üç yüz kilometrdən şəkillər çəkirlər. Bu şəkillər əsasında qəti bir söz demək çətindir.

Məşhur dünya astrоloqlarının yazdığı “Biz dünyada tək deyilik” kitabında bildirilir ki, yerdən kənarda həyat mövcuddur. Hətta onların fikrincə, yerdən kənar həyat daha inkişaf etmiş səviyyədədir. Əgər təkcə bizim qаlаktikаdа yüz əlli milyarda yaxın ulduz varsa, eləcə də, hər bir ulduz sisteminin öz planetləri olarsa, həmin sistemlərdə həyat olmadığını iddia etməyə heç bir əsasımız yoxdur. Hər halda, bu işlə məşğul olan elmi mərkəzlərdə tədqiqatlar davam etdirilir.

Bu məsələyə münasibətdə İslamın mövqeyi aydındır. Quran və islami hədislər on dörd əsr bundan öncə uyğun sualları cavablandırmışdır. Həmin mövzuda danışmazdan qabaq bir mühüm nöqtəni qeyd edək:

Müvəhhid, allahpərəst bir fərdin nəzərində varlıq aləmi ilahi hikmətlə yaradılmışdır. Bütün varlıq aləmi hikmətlə yarandığı üçün bu nəhayətsiz okeanın təkcə bir nöqtəsində həyat olması şübhə doğurur. Canlı həyatın yalnız yerdə olması ilahi hikmətlə bir araya sığmır. Qurani-Kərimdə səmadakı canlı varlıqlar yad edilərək, Allahın qüdrətinin vəsfində belə buyurulur:

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاء قَدِيرٌ

“Göyləri, yeri və orada canlıları yaradıb yaymağı Onun qüdrət nişanələrindəndir...” (“Şura” surəsi, ayə 29.)

Başqa bir ayədə oxuyuruq:

إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا

“Göylərdə və yerdə olan bütün məxluqlardan elə biri yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.” (“Məryəm” surəsi, ayə 93; ərəb dilində “mən” ifadəsi yalnız canlı və şüurlu varlıqlar barəsində işlədilir.)

Bu kimi ayələrdən görünür ki, səmalarda canlı və düşüncəli varlıqlar mövcuddur. Onlar da Allah qarşısında vəzifəlidirlər və qiyamət günü Allahın hüzuruna toplanacaqlar. Uyğun mövzuda bir rəvayəti də nəql etməklə kifayətlənirik:

Əmirəlmöminin Əli (ə) ulduzlar haqqında belə buyurur: “Bu ulduzlar yer üzündəki şəhərlər kimi şəhərlərdir...” (“Səfinətul-bihar”, “nəcm” (ulduz) sözü, 2-ci cild, səh.574; bu məzmuna yaxın rəvayət: “Məcməul-bəhreyn”, səh.122.)

Duanın mətnindən aydın şəkildə görünür ki, səmaların da sakinləri vardır. Bəzi alilmlər səma sakinlərinin mələklər olduğunu bildirsələr də, bu baxışın qəti bir dəlili yoxdur. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.616-620.)(Maide.az)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930