Allahdan qorxmaq nə deməkdir?
Mьəllif: admin1
Tarix: 24-10-2022, 13:39
Allahdan qorxmaq nə deməkdir?
Axirətdə amanda olmağımızın tək şərti – dünyada günahdan uzaq olmağımızdadır.

Dünya tez ötən və imtahan verdiyimiz bir yerdir ki, burada biz insanların dəyər və qədri aşkar olar və Allah da ona uyğun olaraq bizi axirətdə ya mükafatlandırar, ya da cəzalandırar.

Ona görə də deyə bilərik ki, əbədi və cavidan dünyada harada olacağımızı bu dünyada təyin edirik. Əgər insan axirətdə amanda və rahatlıqda olmaq istəyirsə, gərək dünyada olan zaman müqəddimələrini hazır edə bilsin.

Nəql edilir ki, bir nəfər İmam Hüseynə (ə) deyir: “Pərvərdigardan nə qədər qorxursan?”.

Həzrət Hüseyn (ə) buyurur: “Qiyamət günü heç kəsə aman yoxdur, məgər o kəsə ki, dünyada Allahdan qorxar”.

Əlbəttə, qorxu dedikdə, əziz İmamın (ə) məqsədi xofdur. Yəni, çəkinməkdir. Hər kim Allahın məqamını nə qədər dərk edərsə, o qədər də Allahdan çəkinər və xofa malik olar.

Münacatlarda oxuyuruq: “Ey o Kəs ki, rəhməti qəzəbini üstələmişdir”. Allah Rəhim və Rəhmandır. Rəhməti və fəzli hər kəsi əhatə edər.

Ona görə də İmam Hüseyn (ə) qorxu dedikdə, məhz günahı nəzərdə tutur.

Yəni, o əməlləri ki, İlahi qəzəbə səbəb ola bilər və insanı cəhənnəmlik edə bilər.

Hər kim Allahdan xaif olar (xofa malik olan), yaxşı bilər ki, Allahla müxalifətlik etməyin nə kimi təhlükələri və ağır nəticələri vardır. İnsanıngünahdan çəkinməsi üçün isə tək yol – İlahi xofdur.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930