Bütün keçmiş günahların bağışlanmasına səbəb olan əməl
Mьəllif: admin1
Tarix: 1-11-2017, 10:04
Bütün keçmiş günahların bağışlanmasına səbəb olan əməl
İmam Sadiq (ə) Hüseyn ibni Suyərə buyurur: “Ey Hüseyn! Hər kim evindən çıxar və niyyəti Həzrət Hüseyn ibni Əlinin (ə) qəbrinin ziyarəti olar, əgər piyada gedərsə, Mənnan Allah hər atdığı addıma görə onun üçün bir həsənə yazar və bir günahını məhv edər, o zamana qədər ki, hərəmə çatar.

O şərif məkana çatandan sonra Allah Təala onu xilasolanlardan qərar verər, o zamana qədər ki, ziyarətin əməl və mərasimlərini sona çatdırar. Bu zaman onu faizinlərdən qərar verər, o zamana qədər ki, qayıtmaq üçün iradə edər.

Bu vaxt mələk onun yanına gələr və deyər: “Allahın Peyğəmbəri (s) sənə salam göndərir və buyurur: Əməllərinə əvvəldən başla, bütün keçmişgünahların bağışlanmışdır”.

Allah Təala cəmi həsrətində olanlara qismət eləsin, İnşəallah!


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031