Məscid xüsusunda haram olan işlər
Mьəllif: admin1
Tarix: 26-10-2022, 12:01
Məscid xüsusunda haram olan işlər
Məscidin yerini, tavanını, divarını və damını murdarlamaq haramdır.

Əgər murdarlanarsa, dərhal oranı paklamaq vacibdir.

Əgər bir məscid qəsb edilərsə, ya uçurdularsa, ya da tərk edilərsə və onun yerində başqa bir bina tikilərsə, yaxud da tərk edildiyinə görə məscid əlamətləri aradan gedərsə və oranın yenidən bərpa edilməsinə ümid olmazsa – məsələn, həmin yaşayış məntəqəsinin əhalisi başqa bir yerə köçürülərsə – oranı murdarlamağın haram olması məlum deyildir.

Baxmayaraq ki, oranı murdarlamamaq ehtiyata müvafiqdir.

Məscidi qızıl ilə zinətləndirmək əgər israfçılıq sayılarsa, haramdır. Qeyri halda isə bu iş məkruhdur.

Kafirlərin Məscidül-hərama daxil olmaları şəri baxımdan qadağandır. Digər məscidlərdə də, əgər məscidə qarşı hörmətsizlik sayılarsa, caiz deyildir. Hətta digər məscidlərə də ümumiyyətlə daxil olmasınlar.

Heyzli və nifaslı qadının, cənabətli şəxsin Məscidül-hərama və Məscidün-nəbiyə daxil olması haramdır. Digər məscidlərdə isə dayanmaq, hətta oraya daxil olmaq – hər hansı bir surətdə olursa olsun – haramdır.

Amma əgər məscidin bir qapısından daxil olub, başqa bir qapısından xaric olarsa, yaxud bu məscidlərdən bir şeyi götürmək üçün oraya daxil olarsa, maneəsi yoxdur.

Vacib ehtiyata görə, məscidin hökmləri İmamların (ə) pak hərəmlərinə də aiddir.

Hətta Məscidül-həram və Məscidün-nəbinin hökmlərinin də İmamların (ə) pak hərəmlərinə aid olması ehtiyata daha yaxındır. (Ali Məqamlı Rəhbər)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930