İmam Əlinin (ə) kəramətinin nümayişinə 70 nəfərdən yalnız biri dözdü
Mьəllif: admin1
Tarix: 27-10-2017, 10:00
İmam Əlinin (ə) kəramətinin nümayişinə 70 nəfərdən yalnız biri dözdü
İmam Baqir (ə) buyurur: “Bir gün Əli ibn Əbutalib (ə) səhabələrinin arasında idi və onlardan biri dedi: “Ya Əmirəl-möminin! Əgər mümkündürsə bizə elə kəramət göstərin ki, sizə qarşı imanımız güclənsin”.
İmam (ə) buyurdu: “Sizə qəribə bir şey göstərsəm və onun şahidi olsanız, kafir olacaqsınız. İmanınızdan qayıdacaqsınız və məni sehrlə ittiham edəcəksiniz”.
Dedilər: “Bizim möhkəm imanımız vardır ki, hər şeyi Peyğəmbərdən (s) irs aparmısınız və hər nə istəsəniz, edə bilərsiniz”.
Həzrət (ə) buyurdu: “Biz Əhli-Beyt (ə) vilayətinin hədis və ağır elmlərinə hər kəs dözə bilməz. Əgər kəramət göstərməyimə meyliniz olsa, işa namazından sonra mənimlə birlikdə hərəkət edin”.
İşa namazından sonra Həzrət (ə) 70 nəfərlə birlikdə hərəkət etdi və Kufə səhrasına çatdılar. Bu zaman Həzrət Əli (ə) onlara buyurdu: “İstədiyinizə çatmazsınız, məgər o halda ki, sizdən əhd almalıyam ki, gördüklərinizdə şəkk etməyəsiniz. İmanınızı əldən verməyəsiniz və məni nalayiq işlərdə ittiham etməyəsiniz.
O şeyi ki, mən yerinə yetirirəm və sizə təqdim edirəm – hamısı qeyb elmidir. Peyğəmbərdən (s) irs aparmışam və o Həzrət (s) mənə təlim vermişdir”.
Həzrət (ə) hər birindən əhd alır və əmr edir ki, üzlərini çevirsinlər. Həzrət (ə) dua oxumağa başlayır. Üzlərini çevirən zaman gözləri yaşıl bir bağa dəydi ki, axan bulaqları var idi. Təmtəraqlı evlər diqqəti cəlb edirdi. Başqa tərəfə baxdılar və atəşin dəhşətli şöləsini gördülər. Bu səhnələri görən zaman behişt və cəhənnəm zehnlərində canlandı. Hamısı bir səslə dedi: “Bu sehr və cadudur”. İmanlarını əldən verdilər və kafir oldular. Ancaq iki nəfər Həzrətlə (ə) bir yerdə qaldı və Kufə şəhərinə qayıtdılar.
Yolun ortasında Həzrət (ə) o iki nəfərə buyurdu: “Həmin dəstəyə hüccətim tamam olmuşdur və Qiyamətin sabahısı günü onlar cəzalanacaqlar. Sübhan Allaha and olsun ki, mən sehrbaz deyiləm. Bu, İlahi elmdir ki, Peyğəmbərdən (s) öyrənmişəm”.
Kufəyə daxil olmaq istəyəndə Həzrət (ə) bir dua oxudu və daxil olan zaman gördülər ki, məscidin həyətindəki çınqıl daşları dürr və yaqutdur.
Həzrət (ə) onlara buyurdu: “Nə görürsünüz?”.
Dedilər: “Dürr və yaqut”.
Buyurdu: “Düz dediniz”.
Bu zaman o iki nəfərdən biri kafir oldu və imanından döndü.
İmam (qalan bir nəfərə) buyurdu: “Ehtiyatlı ol, əgər onlardan bir şey götürsən, peşman olarsan. Əgər götürməsən də, peşman olarsan”.
Hər bir halda o, Həzrətin (ə) gözündən gizlin birini götürür və cibinə qoyur. Həmin günün sabahısı baxır görür ki, bahalı bir dürdür. İmam Əlinin (ə) yanına gəlir və dürrü götürdüyünü söyləyir. İmam (ə) soruşur ki, bəs niyə götürmüsən. Deyir ki, bilmək istəyirdim ki, bu cəvahir həqiqidir, yoxsa yox.
İmam (ə) buyurur: “Əgər onu qaytarsan və yerinə qoysan, Rəhman Allah onun əvəzini sənə behiştdə verər. Əks halda – cəhənnəm atəşinə daxil olarsan”.
Həmin şəxs dürrü yerinə qoyur və daşa çevrilir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031