Kərbəla əsirlərinin məhərrəm ayının 28 də rastlaşdığı ağır mənzərə
Mьəllif: admin1
Tarix: 19-10-2017, 10:23
Kərbəla əsirlərinin məhərrəm ayının 28 də rastlaşdığı ağır mənzərə
Bu gün məhərrəm ayının 28-dir. Artıq Aşuradan 18 gün ötüb. Bu 18 gün ərzində Peyğəmbər (s) övladları zalım Üməyyənin əində əsir olaraq Kufəyə aparılmış, bir neçə gündən məhərrəm ayını 19-da Şam istiqamətində yola düşmüşlər.

Bu gün Əhli Beytin (ə) Bələbək şəhərinə daxil olduğu gündür. Bu şəhər hazırda Livana məxsusdur. Bələbək ikinci xəlifənin zamanında xilafətin ərazisinə birləşdirilmişdi.

Neçə gündür min bir əzab-əziyyətlə yol gələn Kərbəla əsirləri məhərrəm ayının 28-də Bələbəkə daxil olur. Şəhər əhalisi gələn əsirləri şadlığla, şirniyyat, toy-bayramla qarşılayır. Onları İslam ordusuna məğlub olmuş xarici bilirlər. Onlara laiq olmayan tərzdə davranırlar. Şəhər əhalisinin bu cahilanə rəftarına dözə bilməyən Ummu Gülsüm (s) onlara nifrin edir.

Həmçinin bəzi mənbələrdə İmam Hüseynin (ə) Xulə adlı kiçik bir qızının bu şəhərdə şəhid olduğu deyilir. Çətinliklərə və əhalinin alçaq rəftarına dözə bilməyən kiçik xanım bu şəhərdə əbədiyyətə qovuşur. Hazırda məzarı Bələbək şəhərində Əhli Beyt (ə) sevərlərin ziyarətgahına çevrilib.

Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930