4 min mələk İmam Hüseynə (ə) yardım etmək üçün gəldi, amma...
Mьəllif: admin1
Tarix: 22-08-2022, 10:35
4 min mələk İmam Hüseynə (ə) yardım etmək üçün gəldi, amma...
Bir çox ayə və hədislərdən belə başa düşmək olur ki, bu aləmdə olan hər bir varlığın özünəməxsus şüuru və dərki vardır.

“Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki,». (“Səba” 10).

İmam Əli (ə) buyurur: “Xoruzun banlaması – onun namazıdır, qanadlarını çalması – rükusu və səcdəsidir”.

Gecə vaxtı xoruzun banlaması odur ki, ey qəflətdə olan insanlar! Ömür keçir və yuxu kifayətdir, qalxın və Allahı yada salın.

Allah hud-hud haqqında buyurur ki, deyirdi: «Allahdan başqa heç bir tanrı yoxdur və O, böyük (əzəmətli) ərşin sahibidir (varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır)». (“Nəml” 26).

İmam Hüseynin (ə) müsibəti o qədər ağır bir müsibətdir ki, yerdə və göydə olanların hamısını ağlatmışdır. Aşura günü mələklər nalə çəkib ağlamışdılar. İmam Sadiq (ə) nəql edir ki, 4 min mələk Aşura günü yardım etmək üçün göydən nazil olmuşdular, ancaq İmam (ə) onlara icazə vermədi.

İkinci dəfə nazil oldular və gördülər ki, İmam (ə) artıq şəhid olmuşdur və onun üçün ağladılar. Bu mələklər Qiyamətə qədər Həzrətə (ə) ağlayacaqlar və həmişə qəbrinin yanındadırlar. Onların böyüyünün adı Mənsurdur.

Əmirəl-möminin (ə) buyurur: “Atam və anam Hüseynə (ə) fəda olsun. Kufə şəhərinin bayırında öldürüləcəkdir. Allaha and olsun, sanki görürəm ki, səhra heyvanları, o cümlədən vəhşi heyvanlar onun qəbrinin üstündə boyun əyiblər və onun üçün ağlayırlar, gecədən səhərə qədər onun üçün mərsiyə deyirlər”.

Şeyx Tərihi nəql edir ki, o zaman ki, İmam Hüseyn (ə) şəhid olur və mübarək bədəni Kərbəla torpağına düşür, bədənindəki qan axmağa başlayır, ağ rəngli bir quş gəlir və qanadlarını bu mübarək qana batırır və uçub bir ağacın budağında əyləşir.

Sonra bir dəstə quş uçub gəlir və İmamın (ə) başsız bədənini görüb səs-küy salırlar və nalə çəkib ağlayırlar. Özlərini Həzrətin (ə) qanına sürtürlər. Özlərini başdan-ayağa qana batarırlar. Hər biri öz şəhərinə tərəf uçur ki, bu faciədən onları da xəbərdar etsin.

Mədinəyə gələn quş Həzrət Peyğəmbərin (s) qəbrini təvaf etdi və üzərindəki qan qəbrə düşdü və dedi: “Hüseyni Kərbəlada qətl etdilər”. Başqa quşlar onun ətrafına toplaşıb nalə çəkdilər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031