Hədislər ən mübariz insanı belə vəsf edib
Mьəllif: admin1
Tarix: 16-10-2022, 21:21
Hədislər ən mübariz insanı belə vəsf edib
Bəzi mənbələrdə dünyanı axirətin əkin yeri, Allah övliyalarının ticarət yeri, hətta mübarizə meydanı da adlandırıblar. İnsan kimlə mübarizə aparır?

Yuxarıda deyd etdiyimiz ayədə Allah Təala insanın nə üçün yaradıldığını, həyatın və ölümün əsas hədəfini bəyan eyləyib. Demək insanın dünyadakı fəaliyyəti onun taleyini həll edir.

Bu da o deməkdir ki, insan yaxşı ilə pis arasında seçim qarşısındadır. Onun bu seçimi onun mübarizəsidir.

Allah Rəsulu (s) buyurub:

İnsanların ən mübarizi günahları tərk edəndir (Bihar-78.səh-373).

Gühahlar dini meyarlar əsasında qəbih və pis işlər hesab olunur. Bu da o deməkdir ki, pis işləri tərk edib, yaxşı əməl sahibi olmaq nə böyük mübarizlikdir.

Allah Rəsulu (s) bu mübarizəni “Böyük cihad” adlandırıb. Nəfs və arzularla mübarizə aparmaq döyüş meydanında düşmənlə mübərizədən ağır hesab olunur.

Çünki döyüşə getməyin özü də nəfsin istək və arzularından doğan tələbin cavabında olur. Çünki insan Allah yolunda döyüşə getsə belə bunu onun üçün nəfsi təyin edir.

Bu mübarizliyin bariz nümunəsi İslamın ilkin çağlarında az sayli müsəlmarın çox saylı müşrüklərə qarşı apardığı mübarizədir.

Hədisə əsasən insanların ən mübarizi nəfsinə qarşı mübariz olan, “Böyük cihaddan” üzü ağ çıxan, günahları və haramları tərk etməkdə özünə gücü çatandır.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930