İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi?
Mьəllif: admin1
Tarix: 8-10-2022, 22:40
İmam Səccad (ə) xəlifənin dünya barədə təklifinə nə cavab verdi?
İmam Baqir (ə) buyurur: “Əbdülməlik Mərvan Allahın evini təvaf edirdi. Atam da onun qarşısında təvaf edirdi. Mərvan soruşur: “Bu kimdir ki, məndən qabağa düşmüşdür?”.

Dedilər: “İmam Zeynəlabidin Əli ibni Hüseyndir (ə)”. Deyir: “Onu qaytarın”.

İmamı (ə) qaytarırlar və Mərvan deyir:” Ey Əli ibni Hüseyn! Mən sənin atanı öldürən kəs deyiləm. Bəs sənə nə mane olur ki, mənim yanıma gələsən?”.

İmam (ə) buyurur: “Həqiqətən də atamı öldürən etdiyi əmələ görə dünyasını özü üçün məhv etdi və atam da axirəti onun üçün məhv etdi. Əgər istəyirsənsə, onun kimi ol”.


Mərvan deyir: “İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən”.

İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: “Allahım! Yaxın dostlarının hörmətini ona göstər!”.

Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur.

İmam (ə) buyurur: “O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?”.

Sonra dua edir: “Allahım, geri al ki, mənim ona hacətim yoxdur”. Həmin nurlu qapılar yoxa çıxır”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930