Ayətullah Sistaninin müsəlmanların vəhdəti haqda tövsiyələri
Mьəllif: admin1
Tarix: 5-10-2017, 21:52
Ayətullah Sistaninin müsəlmanların vəhdəti haqda tövsiyələri
Qətifin tanınmış alimlərindən olan Hüccətül-İslam Şeyx Həsən Səffar deyir:

"Nəcəfdə keçirilən Vəhdət konfransından sonra əhli-sünnə alimlərilə birgə Ayətullah Sistaninin evində onu ziyarət etdik. Ayətullah Sistani xoş gəldiniz deyib hal-əhval tutduqdan sonra söhbətində belə buyurdu:

Əskəriyyun məqbərəsinin partladılmasından sonra bütün şiələri aram olmağa səsləyərək onlara əhli-sünnətə qarşı heç bir mənfi fikir səsləndirməmələrini bildirdim. Camaata bildirdim ki, bu, əhli-sünnə tərəfindən törədilməyib. Mənim bu təfriqə salmağın xaricdən idarə edildiyinə əminliyim var.

Mən özüm tələbə olarkən Samirrada əhli-sünnə alimlərindən olan Şeyx Əhməd ər-Ravinin yanında dərs oxumuşam. Heç fikrimə də gəlməyib ki, o başqa məzhəbin nümayəndəsidir. Bundan başqa tələbəlik dövründə əhli-sünnə məzhəbindən olan həkimlərə müraciət edirdik. Onlar bizdən tələbə olduğumuza görə pul almazdılar. Bizim sünni yaxud şiə olmağımız barədə düşünməzdilər.

Biz gərək müştərək iş görməyə diqqətimizi yönəldək və ixtilaf salan məsələləri qabartmağa ehtiyac yoxdur. Fikrimcə bir kəlmə və hətta yarım kəlmə təfriqə yaradan məsələni dilə gətirmək icazəli deyil və qıcıq yaradacaq ədəbiyyatdan istifadə etməmək lazımdır".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930