İmam Səccad (ə) bircə çıxışı ilə 40 illik fitnəni dağıtdı
Mьəllif: admin1
Tarix: 8-10-2018, 10:01
İmam Səccad (ə) bircə çıxışı ilə 40 illik fitnəni dağıtdı
İmam Zeynəlabidinin (ə) Şamda etdiyi o məşhur xütbə Əbu Süfyanın 40 il ərzində qurduğu cəhalət və həqarət divarını sökdü və dağıtdı.

Şam xalqı 40 il idi ki, qəlblərində Ali-Əliyə (ə) qarşı kin və düşmənçilik bəsləyirdilər. Ona görə də onları təhqir etməyə adət etmişdilər. Ancaq İmam Səccad (ə) İmam Əlini (ə) onlara elə tanıtdı ki, qəflətdən bağlanmış gözləri açılmağa başladı.

Həzrət Səccad (ə) buyurdu: “Mən – möminlərin salehinin, peyğəmbərlərin (ə) varisinin, müşrikləri aradan aparanın, müsəlmanların əmirinin, ibadət edənlərin zinətinin, ağlayanların iftixar etdiyinin övladıyam.

Mən – səbirlilərin səbirlisinin, Peyğəmbərin (s) Əhli-Beytindən (ə) ən fəzilətli namazqılanın övladıyam. Mən o kəsin oğluyam ki, Cəbrayil (ə) onu təsdiq etmişdi, Mikayil (ə) ona yardım etmişdi. Mən o kəsin övladıyam ki, müsəlmanların hərəmini himayə etmişdir. Mariqinlərlə, nakisinlərlə və qasitinlərlə vuruşmuşdur. Düşmənlərlə mübarizə aparmışdır.

Mən – Qureyşin ən yaxşısının övladıyam. Mən o kəsin oğluyam ki, möminlərin içərisində Allahın və Peyğəmbərin (s) dəvətini ilk olaraq qəbul etmişdir.

Mən – imanda qabaqda gedənlərin, düşmənlərin belini sındıranın, müşrikləri aradan aparanın oğluyam.

Mən – o kəsin oğluyam ki, comərd, səxavətli, xoş üzlü, seyyid, alicənab, Allahın istəyinə razı olan, çətinliklərdə ilk addım atan, səbirli, daima oruc olan, hər bir çirkinlikdən pak olan və çoxlu namazqılan idi.

Mən – dünya banularının banusu olan Fatimelyi-Zəhranın (ə) övladıyam.

Mən – Kərbəlada şəhid olan Hüseynin (ə) oğluyam.

Mən – Əli Murtəzanın (ə), Muhəmməd Mustafanın (s), Fatimeyi-Zəhranın (s.ə), Xədiceyi-Kübranın (s.ə), Sədrətul-müntəhanın, Tuba şəcərəsinin övlyadıyam.

Mən – o kəsin oğluyam ki, qanına boyanmışdır. O kəsin oğluyam ki, pərilər onun matəmində ağlayarlar.

Mən – o kəsin oğluyam ki, quşlar matəmində ağlayırlar”.

Həzrət (ə) bu sözlərini o qədər davam etdirdi ki, insanlar hönkürtü ilə ağlamağa başladılar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031