Dünyanın ən yaxşı əmisi – Əbülfəzl Abbasdır
Mьəllif: admin1
Tarix: 2-09-2021, 11:49
Dünyanın ən yaxşı əmisi – Əbülfəzl Abbasdır
Dünyanın ən yaxşı əmisi – Əbülfəzl Abbasdır. Bəs nə üçün o, ən yaxşı əmidir? Çünki o zaman ki, düşmənlər Kərbəlada su yolunu bağlayırlar, Həzrət Abbas (ə) idi ki, uşaqlar və körpələr üçün su gətirir və onları sirab edirdi. Ona görə də ona Səqqa deyirdilər.

Səhra elə bir yerdir ki, orada şiddətli isti olur və bu istidə ən çox əziyyət çəkənlər uşaqlar olur. Ancaq İmam Hüseynin (ə) uşaqları yaxşı bilirdilər ki, onların Həzrət Abbas kimi əmiləri vardır.

O, o qədər igid və şücaətlidir ki, düşmənlərdən qorxmur və onları aşıb Fərata çatır və onlara su gətirir. O, çox mahir qılıncvuran idi.

O zaman ki, Əhli-beytin (ə) susuzluğu şiddətlənir, İmam Hüseyn (ə) Həzrət Abbası 20 nəfər atlı ilə birlikdə Fərata su gətirmək üçün göndərir.

O, düşmənin diqqətini dağıdır və onlarla vuruşur ki, dostları su götürə bilsinlər. Bütün meşkləri doldurub geri qayıtmışdılar.

Xeymənin qarşısında dayanan uşaqlar gördülər ki, əmiləri su meşkini çiyninə alıb və onlara tərəf gəlir. Onlar əmilərinin qabağına qaçıb su içdilər.

Amma bu fədakar əmi növbəti dəfə gedəndə, uşaqların gözünü yolda qoydu. Özü susuz olmasına baxmayaraq, su içmədi və meşkini salamat gətirib uşaqlara çatdırmaq istədi. Ancaq bu yolda iki qolunu itirdi, gözünə ox dəydi və Həzrəti (ə) şəhid etdilər.

Bəli, bu əminin misli-bərabəri yoxdur. O, elə bir insan idi ki, İmam (ə) onun şəhadətindən sonra belinin sındığını söylədi. Çünki Həzrət Abbas (ə) onun üçün nəinki qardaşı, ən fədakar tərəfdaş və sirdaş idi.

Dünyanın bu gözəl əmisi indi behiştdədir ki, Allah ona iki qanad vermişdir və bu qanadla behiştin hansı yerinə istəsə uça bilir.

Allah bu Babəl-həvaicə görə bizlərə nicat qismət etsin!

Həzrət Peyğəmbər (s) (Həzrət Abbası nəzərdə tutub) buyurur: "Allah gözlərini aydın etsin. Sən Babəl-həvaicsən. Kimə istəsən, şəfaət et!".

Əmirəl-möminin (ə) buyurur: "Tezliklə gözüm Qiyamətdə sənin varlığın vasitəsilə aydın olacaqdır".

İmam Səccad (ə) buyurur: "Allah əmim Abbasa rəhmət etsin, fədakarlığı ilə qardaşı yolunda canbazlıq etdi və qolları kəsildi.

Allah da onun yerinə ona iki qanad verdi ki, onunla mələklərlə birlikdə behiştdə uçsun. Abbasın Allah Təala yanında elə məqamı vardır ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edərlər".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930