Haqq və batil cəbhələrinin xüsusi insanları
Mьəllif: admin1
Tarix: 1-02-2021, 20:52
Haqq və batil cəbhələrinin xüsusi insanları
Xüsusi insanlar təbii ki, iki cəbhədədirlər: haqq cəbhəsinin xüsusi insanlar qrupu və batil cəbhəsinin xüsusi insanlar qrupu.

Bəziləri fikir, elm və bilgi adamıdırlar və haqq cəbhəsi üçün işləyirlər. Onlar haqqın hansı cəbhədə olduğunu dərk edir, haqqı tanıyır, öz seçimləri əsasında işləyir, hərəkət edirlər. Bunlar bir dəstədir. Bir dəstə də haqqın qarşı tərəfində və haqla ziddiyyətdə olan dəstədir.

Əgər yenə də erkən İslam dövrünə qayıtsaq, belə deməliyik ki, bir qrup Əmirəlmömininin (ə) və İmam Hüseynin (ə) səhabələri və Bəni-Haşim tərəfdarlarıdırlar, başqa bir qrup da Müaviyənin səhabələri və Bəni-Üməyyə tərəfdarları.

Bəni-Üməyyə tərəfdarları arasında fikirli, ağıllı və zirək insanlar vardı. Onlar da xüsusi insanlar qrupundan idilər.

Deməli, hər bir cəmiyyətdə xüsusi insanlar haqq tərəfdarı olan və batil tərəfdarı olan xüsusi insanlara bölünürlər. Siz batil tərəfdarı olan xüsusi insanlardan nə gözləyirsiniz?

Bəllidir ki, gözlənilən onların oturub haqq əleyhinə və sizin əleyhinizə proqram hazırlamasıdır. Buna görə onlarla vuruşmalısınız. Batil tərəfdarı olan xüsusi insanlarla vuruşmaq lazımdır. Buna şübhə yoxdur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930