Salmanın İbni-Abbasa göstərdiyi namaz misalı
Mьəllif: admin1
Tarix: 10-06-2020, 22:40
Salmanın İbni-Abbasa göstərdiyi namaz misalı
İnsanda əməllər tərəzinin iki tərəfi kimidir. Biri ağırlaşanda digəri ona nisbətən yüngül olur.

İnsanın yaxşı və pis əməlləri tam bu cür olmasa da nisbətən buna bənzədilib.

Quran ayələri və hədislərə əsasən insan yaxşı iş gördükdə o əməlin qarşılığı on qat əvəzlə, pis iş gördükdə isə pisliyə qarşılığ bir cəza yazılır.

Ayə belə buyurur, həqiqi keyfiyyətini, necəliyini isə yalnız rəbbimiz bilir:

Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz (Ənam-160).

Bu Allah Təalanın insana olan imtiyazı və rəhmətidir. Həmçinin Allah Təala insanın etdiyi yaxşı əməllər müqabilində günahlarının üstündən “xətt” çəkir, bəzən də ağac yarpaqlarını töküb təmizləndiyi kimi insanı təmizləyir.

Bir gün Salman (r) İbn Abbasla (r) bir yerdə idi. Salman bir ağaca yetişəndə ağacı silkələməyə başladı, o silkələdikcə yarpaqlar bir-bir tökülürdü. Üzünü tutub İbn Abbasdan soruşdu:

- Görürsən?
- Bəli.
- Görürsən yarpaqlar necə tökülür?
- Bəli.
- Soruşmursan mən niyə belə edirəm? Bunun nə hikməti var?
- Nə hikməti var?
Salman- Bir gün Allah Rəsulu (s) ilə ağacın alyında oturmuşduq o Həzrət (s) mən etdiyim kimi etdi və dedi:
- Ey Salman bu işin hikmətini bilirsən (niyə etdiyimi) ?
- Dedim yox ey Rəsulallah (s)! Buyurdu:
- Ey Salman o zaman ki, mömin qalxa dəstəmaz ala və namaza başlaya onun günahları bu ağacın yarpaqları kimi tökülər. Sonra Həzrət (s) bu ayəni oxudu:

وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ

(Ya Rəsulum!) Namazı gündüzün iki başında və gecənin (gündüzə yaxın) bəzi saatlarında qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (Hud-114).

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031