Əkdiyi ağacdan asılaraq edam edilən İmam səhabəsi
Mьəllif: admin1
Tarix: 12-09-2017, 11:51
Əkdiyi ağacdan asılaraq edam edilən İmam səhabəsi
Zilhiccə ayının 22-si Həzrəti Əlinin (ə) sadiq tərəfdaşlarından olan Meysəm Təmmarın şəhadət günüdür. Bir rəvayətdə deyilir ki, Həzrəti Əli (ə) onu qul olarkən alıb və azad edib. Adını soruşanda adım Salimdir deyib. Əli (ə) gülümsəyərək deyir ki, Peyğəmbər (s) mənə deyib ki, ata-anası onu Meysəm adlandırıb. Bu sözdən sonra o Əlinin (ə) bu sözünü təsdiq edir (Kəşşi-Rical-82) (Mufid-Əl-irşad. C-1. Səh-323) (Təbərisi. İlamul-vura. C-1. Səh-341).

Meysəm Təmmar H.Əlinin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) zamanında yaşamış və hər üç İmamın (ə) sadiq tərəfdaşlarından, dostlarından olmuşdur. Kərbəla baqiəsindən qabaq şəhid olduğu üçün Kərbəlada ola bilməmişdir.

Meysəm Təmmar Əli (ə) ın xilafəti zamanında yaşlı olmasına baxmayaraq daim ona (ə) yaxın olmuş, qocalıb döyüşlərdə iştirak edə bilməsə də öz hazır cavablığı və iti bəlağəti ilə daima düşmənləri narahat etmişdir.

Hicrətin 60-cı ilində Kərbəla vaqiəsindən azca qabaq Meysəm Təmmar Məkkəyə ziyarətə yola düşür. İmam Hüseyni (ə) orada görə bilməyəndə Ümmü Sələmənin yanına gedib İmamın (ə) Küfəyə doğru hərəkət etdiyini öyrənir. O tez Küfəyə qayıdır.

Rəvayətdə Meysəm Təmmarın şəhadəti barəsində qeyd olunur ki, o Məkkədən Kufəyə qayıdanda Qadisiyyə adlı məntəqədə İbn Ziyadın adamları tırıfindən yaxalanıb zindana salınır. O zindanda Muxtar Səqəfi ilə ğörüşür. O Muxtara azad olacağı xəbərini və intiqam alacağı xəbərini verir. Sonra özü İbn Ziyad tərəfindən dili boynundan çıxardılır və xurma ağacından asılır.

Həzrəti Əli (ə) öz sadiq dostunu əvvalcədən şəhadət xəbəri ilə müjdələmişdi. Hətta ona kim tərəfindən öldürüləcəyini və hansı xurma ağacından asılacağını da söyləmişdi. Hətta qeyd olunur ki, o vaxtdan Meysəm Təmmar həmin ağacın altına gələr, namaz qılar, ağaca qulluq edər, o ağacla dərdləşərdi.

Zilhiccənin 22-si Kərbəla Aşurası və İmam Hüseynin (ə) şəhadətindən 18 gün qabaq Meysəm Təmmarın şəhid olan günüdür. O asılacağı ağaca öz əli ilə qulluq edən, qəlbi Əli (ə) eşqi ilə dolu olan bir şəxsiyyət idi. İmam Əlinin sirlərinin bilicisi olan bu səhabə edam edilən zaman ağzına heyvan noxtası vurulmuşdu.

Y.Nuriyev
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031