Xeyrul-bəriyyənin Qurandakı düsturu
Mьəllif: admin1
Tarix: 11-09-2017, 10:28
Xeyrul-bəriyyənin Qurandakı düsturu
Qurani-Kərim buyurur: “Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.
Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür”. (“Bəyyinə” 6-8).

Nəql edilir ki, Peyğəmbər (s) Əli ibn Əbutalibə (ə) buyurur: “Sən və sənin dostların xeyrul-bəriyyəsiniz”.

Bəli, bu ayədə adı çəkilən xeyrul-bəriyyə (yaranmışların ən yaxşısı) İmam Əli (ə) və onun sadiq davamçılarıdır. Şərrul-bəriyyə isə - kafirlər və müşriklərdir.

Bu mübarək ayələrdən çıxartdığımız nəticələr:

1. Hər kim İslam dinini qəbul etmirsə – kafirdir.

2. Bütün kafirlərin taleyi eynidir.

3. İnsan öz seçimi ilə həyatdakı məqamını təyin edər.

Şərrul-bəriyyədirsə - cəhənnəm əhlidir, xeyrul-bəriyyədirsə - cənnət əhlidir.

4. Başqa məxluqların inkişafı və süqutu məhduddur. Ancaq insanınkı sonsuzdur. İnsan saleh əməl və imanı sayəsində mələklərdən də üstün ola bilər.

5. Xeyrul-bəriyyə olmaq – imanın girovundadır.

6. İman o zaman səmərəli olur ki, saleh əməllə bir yerdə olsun.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031