Bu cür vəziyyətə düşən dünya imamət və vilayətə ehtiyaclıdır
Mьəllif: admin1
Tarix: 4-09-2017, 21:38
Bu cür vəziyyətə düşən dünya imamət və vilayətə ehtiyaclıdır
Quran ayəsinə istinad edərək qurbanlığın əti və qanının Allaha çatmadığını deyən Ayətullah Kaşani bildirib: “Ayəyə əsasən, Allaha çatan insanın Onunla olan əlaqəsidir. Allah zahirdə insandan böyük olan heyvanı insanın ixtiyarına qoyub. Allah sizi heyvanlardan daha güclü etdi ki, Ona həmd edəsiniz və hər şeyi Ona bağlı biləsiniz. Belə olan halda siz xeyir iş görənlərdən olacaqsınız. Gəlin insanlara xidmət etmək, müsəlmanların problemlərini aradan aparmaq və hüquqlarını bərpa etməklə bir-birimizi sevindirək və bu dəyərlərdən faydalanaq. Çünki ölümdən sonra əlimiz üzüləcək.”

Ayətullah Xameneinin həcc mərasimi ilə bağlı mesajına toxunan imam-cümə bildirib: “Bu mesajda islam dünyasının oyaq olması vurğulanıb, hansı ki, həccin də fəlsəfəsi məhz budur. İslam xalqları öz liderlərindən müsəlmanların xeyrinə addımlamağı istəməlidirlər. Bu gün imperialist qüvvələr bu qədər fəsad icad edib və müsəlmanlar arasında ixtilaf yaradıblar. Onlar müsəlmanlara qarşı iqtisadi problemlərlə hücum ediblər. Belə olan halda can, mal, hesiyyət və abırın qorunmasını xalqlar öz rəhbərlərindən tələb etməlidirlər. Gördüyünüz kimi bu gün sionistlər Suriya, Fələstin və Yəmən kimi bölgə ölkələrində necə bir şərait yaradıblar, cinayətlər törədirlər. Bu səbəbdən ziyalılar, fəal və istedadlı şəxslər dünyada baş verənləri xalqlara çatdırsınlar və təhlükənin yaranmasına səbəbin məhz İsrail rejimi olduğunu gözlər önünə sərsinlər. Bu hamımızın vəzifəsidir. Bu cür vəziyyətə düşən dünya imamət və vilayətə ehtiyaclıdır. Dünyanı lərzəyə gətirəcək bir imamət. Bu dəyişiklik yalnız İmam Zamanın (ə) əli ilə mümkündür. İslam Respublikası da İmamın (ə) naibi olaraq vilayətə sahibdir.”



Ayətullah İmami Kaşani
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031