Ərəfə günü və onun müstəhəb əməlləri
Mьəllif: admin1
Tarix: 18-08-2018, 08:12
Ərəfə günü və onun müstəhəb əməlləri
Zilhiccənin 9-u ərəfə günü bayram günü olmasada, ilahi rəhmətlə dolu bir gündür.

Bu gün Allah-taalanın rəhməti, bağışlaması yer əhlinə şamil olur. Bu günü bərəkətindən paydalanmaq fərdi məsələdir. Çünki, bu gün dua günüdür. Hər bir kəs bacardığı qədər ibadət və dua ilə məşğul olur və hər kəs də diqqəti və səyi qədərində bu gündən bəhrə aparır.

Ərəfə gününün tövsiyə olunmuş əməlləri vardır ki, insan bunlardan istifadə etməklə ilahi rəhmətdən öz nəsibini əldə edə bilər:

1-Qüsul etmək.

2-İmam Hüseyn (ə) ziyarətnaməsin oxumaq.

3-Vacibi günorta namazlarından sonra iki rəkət namaz qılmaq. Birinci rəkətdə Həmddən sonra İxlas, ikinci rəkətdən sonra Kafiran surəsin oxumaq.

4-İmam Hüseynin (ə) ərəfə günü oxuduğu duanı oxumaq...

5-İmam Səccadın (ə) ərəfə günü dusı...

6-Əşarat düasını oxumaq.

7-Oruc tutmaq.
İmam Sadiq (ə) buyurub: Ramazan ayında bağışlanmayanlar başqa aylarda bağışlanılmaz, yalnız ərəfə günündən başqa ( Dəaimiu-islam. C-1. Səh-269).

8-Çoxlu dua etmək. İmam Sadiq (ə) bu barədə buyurub: Bu gündə isdədiyin duanı sec və dua et. Çünki bu gün (ərəfə) dua və problemlərin həll olması üçün xüusi bir gündür (Təhzibul Əhkam. C-5. Səh-182).

(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930