Həsədin acısını hiss etməyənlər
Mьəllif: admin1
Tarix: 29-08-2017, 12:13
Həsədin acısını hiss etməyənlər
Sultanın sarayında xidmət edən bir cavan var idi ki, hamı ona həsəd aparırdı. Yaşının az olmasına baxmayaraq, onun üzündən və əxlaqından alicənablıq yağırdı.

Bu ağıllı cavan sultanın da diqqətini özünə cəlb etmişdi. Buna görə də ətrafında olanların həsədi daha da artmışdı.
Onlar cavana töhmət vurub, onu aradan aparmağa çalışırdılar. Ancaq gənc çox mehriban və ağıllı olduğu üçün, onların bu fitnələri faydasız qalırdı.

Bir gün şah ondan soruşur ki, niyə səninlə bu qədər düşmənçilik edirlər?
Cavan deyir: “Mən sənin dövlətinin sayəsində hamını razı salmışam, məgər həsəd aparanlardan başqa. Onlar məndə olan neməti məhv etmək istəyirlər. Həsəd aparanların əziyyətindən qorxmaq lazım deyildir.
Çünki əgər yarasanın günəşi görməyə ləyaqəti yoxdursa da belə, günəşin şüasından axı bir şeyi əskildə bilməz”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930