Peyğəmbər (s) dünyadan köçmüş bir mömin üçün belə ağlayardı
Mьəllif: admin1
Tarix: 17-06-2022, 11:08
Peyğəmbər (s) dünyadan köçmüş bir mömin üçün belə ağlayardı
Dünya həyatı insan üçün əbədi qalacaq bir məkan deyil. Bu səbəbdəndir ki, ölüm barədə və axirət aləmini düşünmək dinin insana çatdırmaq istədiyi əsas mətləblərdəndir.

Həzrəti Əli (ə) ölümə diqqət çəkərək buyurur: Ölümə hazır olun! Ölüm sizdən ayrılmayan bir kölgə kimidir. Ayıq olun və bilinki, dünya sizin üçün deyil və siz başqa aləmə köçürüləcəksiniz (Mizanul Hikmət. Cild-7. Səh-141).

Tanınmış səhabədən olan Bərri ibn Azib ölümə hazır olmaq barədə Peyğəmbərimizin (s) ğöstərişinə işarə edərək nəql edir ki, biz Allah Rəsulunun (s) yanında idik.

Biz orda topalaşmış bir dəstə adam gördük. Peyğəmbər onların nə üçün yığışdığını soruşdu. Onların qəbir qazdıqlarını deyəndə kim üçün olduğunu soruşdu.

Qəbir sahibinin adını eşidəndə sürətini artırıb, iti addımlarla qəbirə tərəf getdi, ta gəlib düz qəbrin kənarında diz çöküb oturdu. Mən yaxınlaşıb o Həzrətin nə etdiyinə baxmaq istədim.

Gördüm ki, Peyğəmbər (s) ağlayır, həm də elə ağlayırdı ki, göz yaşları torpağa tökülürdü. Sonra başını qaldırıb buyurdu: Ey mənim qardaşlarım bu məkan üçün hazır olun!

Deyilən rəvayətin və Allah Rəsulunun (s) etdikləri və dediyi sözü qəbr əzabının həqiqətinə və çətinliyinə işarədir. Peyğəmbərin (s) ağlaması öz səhabəsini sevdiyi ünün ona qəlbi yandığı üçün idi.

Təbii ki, peyğəmbər nalaiq insanı bu qədər sevməz, hər ölən üçün göz yaşı tökməz. Demək həmin adam onun (s) üçün əziz, sevimli olub.

Elədirsə Allah üçün də əziz kəs olub. Amma bütün bununla belə Peyğəmbər (s) onun üçün ağlayır. Bu da, bir daha ölüm və qəbr məsələsinin cidiyyətinə işarədir.
(TasnimNews)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930