Dəccal kimdir? Zahiri əlamətləri necədir?
Mьəllif: admin1
Tarix: 24-06-2021, 11:00
Dəccal kimdir? Zahiri əlamətləri necədir?
Dəccal kimdir və biz onun haqqında nələri bilirik?

Məsumlarımızın (ə) zühurla bağlı verdikləri məlumatlar içərirində qəti və təsdiq edilmiş hadisələr olacaqdır ki, onlardan biri də Dəccalın gəlişidir. Dəccal elə bir hiyləgər insan olacaqdır ki, çox sayda insanı çaşdırıb, öz ardınca aparacaqdır.

Hədislərdə Dəccal haqqında bizə bəzi məlumatlar verilmişdir, o cümlədən:

1. Əmirəl-möminin (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Qiyamətdən əvvəl on qəti hadisə baş verəcəkdir.

Süfyaninin qiyamı, Dəccal, tüstü, Dabbətul-ərz, Qaimin (ə.f) qiyamı, Günəşin qərbdən doğması, İsanın (ə) nazil olması, Ərəb yarmadasının şərqdə yerə batması, Yəmən dərəsindən atəşin bayıra çıxması ki, insanları məhşərə tərəf qovacaqdır”.

2. Bəzi mənbələrə görə Dəccalın adı Said ibni Seyd, bəzilərinə görə ibni Siyaddır. Lüğət kitablarında Dəccal – “inkar edən” mənasındadır.

3. İmam Əli (ə) buyurur: “Onun sağ gözü yoxdur, başqa gözü alındadır. Səhər ulduzu kimi parlayar. Gözündə bir şey vardır ki, sanki qana bulaşmışdır. O, ağır qəhətlik zamanında gələcəkdir və ağ uzunqulağa minmiş olacaqdır”.

4. Həzrət Peyğəmbər (s) buyurur: “O, kök kişidir, üzü qırmızıdır, gözləri su içərində olan üzüm dənəsi kimidir”.

5. Əmirəl-möminin (ə) buyurur: “O, yüksək səslə fəryad çəkəcəkdir ki, səsini şərq və qərb arasında olan cinlər və şeytanlar eşidəcəklər.

Deyəcəkdir: “Ey mənim dostlarım! Mənə tərəf gəlin. Mən o kəsəm ki, xəlq etmişdir. Mən sizin üstün pərvərdigarınızam””.

6. Əmirəl-möminin (ə) buyurur: “O, İsfahan adlı şəhərdən və Yəhudiyyə adlı kənddən çıxacaqdır”.

Əhli-Beyt (ə) davamçılarının əqidəsinə görə, Dəccal İmam Zaman ağanın (ə.f) mübarək əli ilə öldürüləcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930