Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin
Mьəllif: admin1
Tarix: 23-08-2017, 21:43

 Quran Kərim buyurur:

"Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.”[1]

Hədis

Allahın Peyğəmbəri (s) buyurur: "Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyə edirəm.”[2]

İmam Əli (ə) doğruluq barəsində buyurur:

"Doğruluq – danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır.”[3]

"Doğruluq haqqın dilidir."[4]

"Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər.”[5]

"Doğruluq, hər şeyin düzgünlüyünün, yalansa hər şeyin fəsadının mayasıdır.”[6]

"Doğruluq – əmanətə sadiq qalmaq, yalan isə xəyanətdir.”[7]

"Kişinin dəyəri onun səyi, onun doğruluğu isə insaniyyəti qədərdir.”[8]

"İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu xeyrinə olan yalandan üstün tutsun.”[9]

İmam Baqir (ə) buyurur: "Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin”[10]

İmam Sadiq (ə) buyurur:

"Doğruluq izzətdir.”[11]

"Doğru danışanın əməli pakdır.”[12]

Doğru danışan

İmam Əli (ə) buyurur: "Doğru danışan nicat və alicənablığın astanasında, yalançı isə uçurum və xarlığın kandarında dayanmışdır.”[13]

İmam Sadiq (ə) buyurur:

"İnsanların namazına, orucuna aldanmayın. Çünki bəzən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın.”[14]

"Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir.”[15]

Ən doğru sözlər

Quran Kərim buyurur:

"Allah, Ondan başqa məbudun olmadığıdır. Şübhəsiz ki, heç bir şəkkin olmadığı qiyamət günü (Allah) sizi bir yerə toplayacaqdır. Allahdan daha sadiq (doğru danışan) kim ola bilər?”[16]

Hədis:

İmam Əli (ə) ən yaxşı söz barədə suala cavabından "Allahdan başqa heç bir məbudun olmadığına şəhadət vermək.” buyurmuşdur[17]

İmam Əli (ə) buyurur: "Sözlərin ən yaxşısı hal əhlinin sözüdür.”[18]

 

www.ahliman.info
_________________

[1] Tövbə, ayə 119

[2] Tarixe Bağdad, c.11,  hədis 82

[3] Ğurərul-Hikəm, hədis 1552

[4] Ğurərul-Hikəm, hədis 275

[5] Ğurərul-Hikəm, hədis 118

[6] Ğurərul-Hikəm, hədis 1115

[7] Ğurərul-Hikəm, hədis 15

[8] Nəhcül-Bəlağə, hikmət 47

[9] Nəhcül-Bəlağə, hikmət 458

[10] əl-Kafi, c.2, səh. 104, hədis4

[11] Biharül-Ənvar, c.78, səh. 269, hədis109

[12] əl-Kafi, c.2, səh. 104, hədis3

[13] Nəhcül-Bəlağə, xütbə 86

[14] əl-Kafi, c.2, səh. 104, hədis2

[15] Əmali-Tusi, səh. 223 hədis 385

[16] Nisa, ayə 87

[17] Biharül-Ənvar, c.77, səh.378, hədis 1

[18] Ğurərul-Hikəm, hədis 3302

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031