Ailələrin Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) izdivacından ala biləcəyi mühüm dərs
Mьəllif: admin1
Tarix: 23-08-2017, 21:21

 Zilhiccə ayı. Onun ilk ongünlüyü. Özünəqayıdış üçün növbəti böyük fürsət. İlk 9 günündə tövsiyə olunan orucundan, hər kəs imkan daxilində bəhrələnib, bütün varlığının orucunu tuta, ilk olaraq da, qəlbinin orucunu tuta bilər.

Şam namazı ilə işa namazı arasındakı 2 rükət li namazı ilə Həzrət Musanın (ə) mənəvi yüksəliş yolunu yad edə.

Həzrət İmam Sadiqin (ə) nurani duası ilə, tövbəli və ümidlə hala gələ.

Həzrət Əliyə (ə) aid olan zikrlərlə tövhidpərəstliyə tərəf yürüyə.

 

***

Zilhiccə ayının 1-ci günü mübarək Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) izdivacının nurani günüdür.

Xoş olsun bu günü xatırlayıb və yaşadanların halına.

 

***

Müasir dövrdə ailədaxili gərginlik artıb desək, yanılmarıq. Təbii ki, problemsiz ailə olmur. Fərasət – yaranan problemi çözmək qabiliyyətidir.

 

Ailə qurmaq – mənəvi təkamül üçün mühüm vasitə olaraq, elə-belə qərar verilməyib. Buradadır ki, imtahanlar və fırtınalar baş qaldıracaq. İmkanlılıq bir cür, imkansızlıq başqa cür çağırışlar yaradacaq.

 

İki fərqli insan bütövləşməli. Fiziki və nəfsani bünövrə üzrə baş tutan bir məsələ deyil bu. Şuarla da həll olunan məsələ deyil.

 

***

Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) izdivacının mübarəkliyini anlamaq üçün bir bu yetərlidir ki, Həzrət Əli (ə) buyurur: "Heç vaxt Fatimə (ə) məndən rəncidə (incik) olmadı və o da məni rəncidə (incik) etmədi”.

Əzizlər, diqqət edək ki, hər iki tərəf iştirak edir. Hər iki tərəf o biri tərəfin qəlbini qırmadı, incitmədi, əziyyət vermədi.

 

Allahım, bizlərə belə bir ailə olmağı nəsib et.

 

Hacı İlqar İbrahimoğlu

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031