Ərbəin-1439: şuarı nə olacaq?
Mьəllif: admin1
Tarix: 23-08-2017, 10:00

 Hüseyncan... Artıq 1439-cı ilin Aşura karvanının addımlarının sədaları gəlir. "Həl min nasirin yənsuruni?!” (Varmı mənə bir kömək edən?!) fəryadına "Ləbbeyk!" deyənlərin daxillərindəki sənə olan eşqlərinin baş qaldıran isti hərarəti duyulmağa başlayır.

 

Gözəllik axtaranlar Bibi Zeynəbin (s) Kərbəlaya baxış bucağını tapmağın həsrətindədirlər...

 

***

Dünən bir xəbər başlığı oxudum. Bu ilin Ərbəin şuarı müəyyən edildi. أَحَبَّ اللَّهُ مَنْ أَحَبَّ حُسَيْنًا ("Əhəbəllahu mən əhəbbə Huseynən” – "Hüseyni sevəni Allah sevər”)

Əziz Həzrət Peyğəmbərimizin (ə) nurani buyuruşu.

 

Rəbbim, bu nə eşqdir salıb aşiqləri çöllərə?!

Rəbbim, bu nə zövqdür çatdırıb arifləri bu vəcdə?!

 

***

21-ci əsrin 17-ci ili. İnsan axtarışdadır. Çürbəcür postmodernik oyunlarla, ironiya ilə düşdüyü böhranı ötüşdürmək istəyir, alınmır. Postrealist sadələşdirmə ilə daha kəskinləşən vücudi böhranından çıxış yolları arayır. Yenə də bir nəticə yox. Ardı nə olacaq?!

Nəzəriyyəçilər təlaşdadır. Bilmirlər...

 

***

Ərbəin... Burada bir Hüseyn (ə) məktəbi var. Burada yorulmuş bəşərin öz fitrətinə, təbiətinə qayıdışı var. Burada əqlin səsi ilə eşqin zövqü üst-üstə düşür. Burada bilgi ilə ziya vəhdət yaradır. Burada şuarla əməl bütövləşir.

 

***

Ərbəin zəvvarları. Onların sayı ildən-ilə artır. Onların yaşı, dili, savadları, statusları fərqli. Amma gözlərindəki işıq eyni, qəlblərindəki hərarət eyni, qədəmləri eyni haqq çığırında, əlləri eyni əzadar sinəsində.

 

Burada bir yolçuluq var. Allaha bəndəlik yolçuluğu. Qaranlıqdan işığa aparan yolçuluq. Tövbədən fəlaha aparan yolçuluq.

 

Burada intizar həsrəti ilə yola çıxmaq var. Hazırlaşmaq var...

 

***

Ərbəin-1439. Hüseyni (ə) sevəni Allah sevər!

Allahım, Bizlərə bu sevgini və bu sevilməni nəsib et!

 

Hacı İlqar İbrahimoğlu

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031