Həcc mərasimi niyə məhz zilhiccə ayında olur?
Mьəllif: admin1
Tarix: 7-07-2022, 09:45
Həcc mərasimi niyə məhz zilhiccə ayında olur?
Bəqərə surəsinin 197-ci ayəsində “Həcc (mövsümü) məlum olan aylardır” şəklində buyurulub. Amma fəqihlər vacibi həcc əməlini Zilhiccə ayının ilk on günlüyündə vacib olmasını qeyd ediblər.

Qurani Kərim ayələri məna etibarı ilə mənası tam aşkar olan və bənzər ayələrdən ibarətdir. Bənzər ayələr elə ayələrə deyilir ki, həmin ayələrəri oxuduqda ilkin olaraq zehninə bir neçə fikir və məna gəlsin.

Ümumiyyətlə Quran ayələri barədə, istər aşkar ayə olsun, istər bənzər (mütəşabeh) ayə olsun ictimayət üçün fikir söyləməyə gərək insan nəzər sahibi və mütəxəssis olsun.

Nəzər sahibi o kəslərə deyirlər ki, onların bütün islami elimlərdən və islam tarixindən xəbəri olsun və islam alimlərinin icması tərəfindən bu iş üçün səlahiyyəti olsun.

Qeyd etdiyimiz ayənin təfsiri barədə nəzər sahiblərinin fikirlərini qeyd edək:

“Həcc (mövsümü) məlum olan aylardır” ayəsindən məqsəd Şəvval, Zilqədə və Zilhiccə aylarıdır. Məlum olan aylar bu üç aydır. Bu üç aydan savayı aylarda həcc əməllərini icra etmək olmaz.

Ayədə həm vacibi, həmdə ümrə həccinə işarə edilir. Amma bunlar Quranda aşkar şəkildə qeyd olunmayıb, lakin hər kəsə məlumdur (Təfsiri nümunə 2-ci cild. Səh-53).

Həcc əməlləri islamdan əvvəlki vaxtlarda da icra olunurdu. Lakin insanlar öz maraqlarına və müharibələrinə görə ziyarət vaxtlarını dəyişirdilər.

Qurani Kərim də buna işarə edərək təməttö (vacib) və ümrə (savab) ziyarətlərinin vaxtlarının dəyişilməsinin icazəli olmamasına işarə edir (Təbərisi. Məcməül-bəyan. Cild-2).

Ayədən məqsəd ümumi olaraq həcc əməlinin əhəmiyyətinə işarə edir. Həm vacibi, həm də ümrə həccinə. Ümrə ziyarəti üç ay boyunca (Şəvval, Zil-qədə, Zilhiccə) yerinə yetirilir. Ümrəyə Şəvval ayının ikisindən Zilhiccənin doqquzuma kimi əməl olunur.

Vacibi həcc olan təməttö isə Zilhiccənin doqquzundan on üçünə qədər yerinə yetirilir. Lakin bəzi əməlləri yeniləmək üçün Zilhiccənin axırına kimi də uzadılır (Röuşən təfsiri).

Bu səbəbdəndir ki, bu aylara həcc ayları deyilir. Bu aylardan başqa vaxtlarda ehram bağlamaq doğru deyil. Ümrə həccinə yalnız bu aylarda icazə verilir (Məcməül-bəyan.cild-2).

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930